Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, yaxın ərazidə yaşayan şagirdlər məktəbə velosipedlə gedib -gələ bilərlər
“Tehsil365” xəbər verir ki, mövzu ilə bağlı “Redaktor.az” saytına açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, hazırda məktəbə velosipedlə gedib-gələn şagirdlər var:
"Amma yaxın məsafədə yaşayan uşaqlar üçün, təbii ki, velosipedlə gedib-gəlmək və bunun üçün ayrıca velosiped zolaqlarının salınması, düşünürəm ki, yaxşı olar. Ən azı sıxlığın qarşısı müəyyən qədər alınar. Bəzi məktəblərimiz də var ki, orada velosipedlərin saxlanılması üçün müvafiq yerlər yaradılıb. Məktəbdaxili velosiped zolaqları da təyin olunub. Yəni bunu digər təhsil müəssisələrində də tətbiq etmək və ümumiyyətlə, velosipeddən istifadəni təşviq etmək, düşünürəm ki, uyğun təklifdir. Bunu daha yaxın ərazidə yaşayan uşaqlar üçün etmək olar. Sadəcə burada velosiped zolaqları elə təhlükəsiz formada salınmalıdır ki, gələcəkdə avtomobillərlə bağlı yol-nəqliyyat hadisələri və digər problemlər yaranmasın. Yəni bunun təhlükəsizliyinə mütləq daha çox diqqət yetirilməlidir".

