Paytaxtda müəllim tərəfindən dələduzluq halı qeydə alınıb. Həmkarlarını işə düzəltmək adı ilə onlardan 13 min manat pul alınıb
“Tehsil365” “Qaynarinfo” -nun məlumatına əsasən xəbər verir ki, gimnaziyalardan birində riyaziyyat fənnini tədris edən 35 yaşlı Fərqanə Süleymanova dələduzluqda ittiham olunur.
Məlumata əsasən Sahib adlı şəxs yoldaşını Bakıdakı məktəblərin birində ingilis-dili müəllimliyinə düzəltmək istəyirmiş lakin Fərqanə Süleymanova verdiyi sözə əməl etməyərək aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib.
Zərərçəkənin şikayəti əsasında Fərqanə Süleymanova saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs günahnı etiraf edib və özünə haqq qazandırmayıb. Onun sözlərinə görə, zərərçəkənə vurduğu ziyanı tam ödəyib. Zərərçəkən Sahib də həmçinin Fərqanəyə qarşı şikayət və tələbinin olmadığını deyib.
F. Süleymanova məhkəmədən barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq olunub və cinayət işi nə xitam verilib.

