Bu məqsədlə kitabxanamızın əməkdaşı Ayxan Hüseynov tərəfindən bir romanın video təqdimatı hazırlanıb.
Bu barədə”Tehsil365”ə Respublika Gözdən Əlillər Kitabxanasından məlumat verilib bildirilib ki,Təqdim olunan əsərdə insan həyatının mühüm və mürəkkəb duyğularından biri olan sevgi, ayrılıq və xəyanətin insan psixologiyasına təsiri diqqət mərkəzindədir.
Roman insanın mənəvi dünyasında dərin izlər buraxan hadisələri, sevginin doğurduğu hissləri və aldadılmağın yaratdığı psixoloji sarsıntıları əks etdirir. Əsərin müəllifinin həm psixiatr, həm də yazıçı olması romanın mövzu və hadisələrinə xüsusi yanaşma ilə seçilir. Müəllif yaradıcılığında real həyat hekayələrinə geniş yer verir.
Yaşanmış hadisələrin bədii təxəyyüllə müqayisədə fərqli təsir gücünə malik olduğunu vurğulayan müəllif insan talelərinin və həyat hekayələrinin sonunun bəzən gözlənilməz şəkildə formalaşdığını göstərir.
Video təqdimat zamanı əsərin əsas mövzuları və oxucuya aşıladığı düşüncələr haqqında məlumat verilir. Təqdimat kitabsevərlərə romanla daha yaxından tanış olmaq və əsərin məzmunu barədə ilkin təsəvvür formalaşdırmaq imkanı yaradır.
Respublika Gözdən Əlillər Kitabxanası bundan sonra da oxucular üçün maraqlı kitab təqdimatlarının, maarifləndirici materialların və müxtəlif ədəbi layihələrin hazırlanmasını davam etdirəcək.

