Təhsil 365 - Logo Mobile

Psixoloq Mirsadiq Muxtarov: “Gələcəklə bağlı qeyri-müəyyənlik tələbələrdə psixoloji gərginlik yaradır”

16605.10.2026 - 14:47
Psixoloq Mirsadiq Muxtarov: “Gələcəklə bağlı qeyri-müəyyənlik tələbələrdə psixoloji gərginlik yaradır”

“Son illərdə universitet tələbələri daha çox akademik stress, təşviş, emosional yorğunluq və özünəinam problemləri ilə psixoloqlara müraciət edirlər”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı, “Xəzər Psixoloji Xidmət Mərkəzi”nin psixoloq-psixoterapevti Mirsadiq Muxtarov saytımıza açıqlamasında deyib.

O bildirib ki, tələbələr arasında akademik stress kifayət qədər geniş yayılıb və bu, təkcə imtahan həyəcanı ilə məhdudlaşmır:

“Yüksək nəticə gözləntiləri, valideynlərin təzyiqi, gələcək karyera ilə bağlı narahatlıqlar və özünü digər tələbələrlə müqayisə etmək ciddi psixoloji gərginlik yarada bilir. Bəzən tələbə yaxşı nəticə əldə etsə belə, özünü uğursuz və yetərsiz hesab edir.”

Psixoloqun sözlərinə görə, psixoterapiya üçün müraciət edən tələbələr arasında təşviş halları da geniş yayılıb.

“O bildirib ki, bəzi tələbələr gələcəklə bağlı həddindən artıq narahat olur, qərar verməkdə çətinlik çəkir və hər hansı uğursuzluğun gələcək həyatlarına ciddi təsir göstərəcəyindən qorxurlar. Bu vəziyyət uzun müddət davam etdikdə yuxuya, diqqətə, dərsə münasibətə və gündəlik fəaliyyətə mənfi təsir göstərə bilir.”

M.Muxtarov qeyd edib ki, sosial medianın təsiri nəticəsində gənclər özlərini başqaları ilə müqayisə etməyə daha çox meyllənirlər.

“Onlar başqalarının yalnız uğurlu və xoşbəxt görünən tərəfini gördükləri üçün özlərini kifayət qədər bacarıqlı və ya uğurlu hesab etməyə bilirlər.”

Psixoloq vurğulayıb ki, universitet dövrü gənclərin müstəqil həyata keçid mərhələsi olduğundan kimlik, gələcək planları və karyera seçimi ilə bağlı suallar da psixoloji gərginliyə səbəb ola bilir. Onun sözlərinə görə, ailədaxili problemlər, dostluq münasibətlərində yaşanan çətinliklər və romantik münasibətlərin sona çatması da tələbələrin emosional vəziyyətinə və akademik göstəricilərinə təsir edir.

Mirsadiq Muxtarov sonda tələbələrin psixoloji dəstəyə vaxtında müraciət etməsinin vacibliyini vurğulayıb.

“Psixoloqa müraciət etmək üçün mütləq ciddi problem yaşamaq lazım deyil. Bəzən insan sadəcə yaşadığı çətinliyi daha yaxşı anlamaq, özünü toparlamaq və düzgün qərar vermək üçün də psixoloji dəstəyə ehtiyac duyur. Universitetlərdə tələbələrin emosional savadlılığının, stresslə mübarizə bacarıqlarının və psixoloji dayanıqlığının inkişafına daha çox diqqət yetirilməlidir.”

Ayətil Quliyeva

Xəbər Lenti

İçərişəhər və Bakı Meksikadakı festivalda tanıdılıb05.10.2026 - 17:52
Ucuz və keyfiyyətsiz qidalar uşaqların sağlamlığına necə təsir edir? – Tibb ekspertindən AÇIQLAMA05.10.2026 - 17:44
BDU ilə Qobustan Milli Tarix-Bədii Qoruğu əməkdaşlıq memorandumu imzalayıb05.10.2026 - 17:39
Prezident İlham Əliyev Pirallahıda yeni dərman istehsalı müəssisəsinin açılışında iştirak edib05.10.2026 - 17:34
“Royal Məmmədov” yük gəmisinə PUA hücumu Ölənlər var05.10.2026 - 17:26
UNEC-də APTIS Mərkəzi fəaliyyətə başlayıb05.10.2026 - 14:56
ETİHİ Respublika Komitəsi bölgələrdə müəllimləri təbrik edib05.10.2026 - 14:53
Müəllimlərə üç məktəbdə işləmək imkanı verilə bilər05.10.2026 - 14:50
Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir05.10.2026 - 14:43
Nazir: Süni intellektdən düzgün istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər05.10.2026 - 14:39
Andreas Şleyxer: Şagirdlərin məlumatı qiymətləndirmək və tənqidi düşünmək qabiliyyəti zəifləyir05.10.2026 - 14:36
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub05.10.2026 - 14:30
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb05.10.2026 - 14:26
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub05.10.2026 - 14:21
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır05.10.2026 - 14:17
Məzahir Məmmədli: ““Atıb-tutmaqdan” çəkindirə bilər””05.10.2026 - 14:15
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib05.10.2026 - 14:13
ADU nümayəndəsi Ege Universitetində görüşlər keçirib05.10.2026 - 13:08
İstanbulda keçirilən beynəlxalq konqresdə ATU-nun dağınıq skleroz üzrə elmi nəticələri təqdim edilib05.10.2026 - 13:04
BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib05.10.2026 - 13:00
Nazirlikdə Türkiyə nümayəndələri ilə görüş05.10.2026 - 12:54
“İbtidai təhsildə nəticə yoxdursa, digər pillələrdə də olmayacaq” - Təhsil naziri05.10.2026 - 12:48
1000 nəfər müəllimi əhatə edən ixtisasartırma təlimlərinə başlanılır05.10.2026 - 12:44
Sabah Bakıya və rayonlara yağış yağacağı gözlənilir05.10.2026 - 12:40
Magistratura üzrə 195 şəxs dövlət hesabına təhsil almaq hüququ qazanıb.05.10.2026 - 12:34
Müəllim – Gələcəyin Qurucusu və Cəmiyyətin Mənəvi Dayağı05.10.2026 - 11:00
Oktyabrın 6-nın hava proqnozu açıqlanıb05.10.2026 - 10:41
Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub05.10.2026 - 10:33
Dövlət İmtahan Mərkəzində IELTS imtahanı təşkil olunacaq05.10.2026 - 09:21
İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib05.10.2026 - 08:52
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür04.10.2026 - 20:01
Gözdən Əlillər Kitabxanasında yeni kitabın video təqdimatı hazırlanıb04.10.2026 - 18:15
Ağdamda yeniyetmənin erkən evliliyə cəlb olunmasının qarşısı alınıb 04.10.2026 - 18:00
Bakıda müəllimə cinayət işi açıldı 04.10.2026 - 17:44
Paytaxtda bu gün “ Danışır Bakı “ festivalı keçirilib04.10.2026 - 17:33
ADU Ələddin Əliyevin vəfatı ilə bağlı başsağlığı verib04.10.2026 - 17:24
Şagirdlərin məktəbə velosipedlə getməsi təklif olunur04.10.2026 - 17:14
UNESCO müəllimlərə səsləndi: Şagirdlərə yalnız nəzəri bilik verməyin04.10.2026 - 17:08
Qubada yol-nəqliyyat hadisəsi nəticəsində məktəbli vəfat etdi04.10.2026 - 17:00
Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib04.10.2026 - 15:24
Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub04.10.2026 - 15:20
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir04.10.2026 - 15:15
“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib04.10.2026 - 15:11
Özbəkistanda iki nazirlik Təhsil və Elm Nazirliyinə birləşdirilib04.10.2026 - 14:59
Şəki-Zaqatala regionu üzrə 16 təhsil işçisi təltif olunub04.10.2026 - 14:54
Rektor: Universitetlər süni intellekt dövrünə uyğunlaşır04.10.2026 - 14:42
Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər04.10.2026 - 14:33