Təhsil 365 - Logo Mobile

Məzahir Məmmədli: ““Atıb-tutmaqdan” çəkindirə bilər””

1705.10.2026 - 14:15
Məzahir Məmmədli: ““Atıb-tutmaqdan” çəkindirə bilər””

“Buraxılış imtahanlarında 4 səhv cavabın 1 düzgün cavabı aparması qaydasının tətbiqi ilə bağlı müzakirələr davam edir. Təhsil eksperti Məzahir Məmmədli bu qaydanın tətbiqinin müəyyən üstünlükləri ilə yanaşı, məktəblər və müəllimlər üçün müəyyən risklər yarada biləcəyini düşünür”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Ekspert bildirib ki, hazırda məktəb rəhbərləri və sinif rəhbərləri arasında da buraxılış imtahanlarında 4 səhv cavabın 1 düzgün cavabı aparması qaydasına ehtiyatlı yanaşanlar var. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri məktəblər arasında reytinq sisteminin mövcud olması və xüsusilə IX sinif buraxılış imtahanlarının nəticələrinin məktəblərin göstəricilərinə təsir etməsidir.

M.Məmmədli qeyd edib ki, şagirdlərin buraxılış imtahanındakı nəticələri müəyyən mənada məktəbin və müəllimin fəaliyyətinə də təsir göstərir. Ekspertin fikrincə, şagird imtahan nəticələrinin gələcəyi üçün əhəmiyyət daşımadığını düşünərsə, bu, onun dərsə davamiyyətinə və tədris mühitinə də mənfi təsir göstərə bilər.

“4 səhv cavabın 1 düzgün cavabı aparması” qaydasına münasibət bildirən ekspert bunun bilikli və hazırlıqlı şagirdlərin digər şagirdlərdən fərqlənməsinə imkan yarada biləcəyini düşünür:

“Bu qaydanın tətbiqi müəyyən mənada ‘atıb-tutmaqdan’ çəkindirə bilər. Belə olan halda bilikli, bacarıqlı və savadlı şagirdlər digərlərindən daha aydın şəkildə fərqlənə bilərlər”.

Bununla belə, ekspert hazırkı mərhələdə məsələyə ehtiyatla yanaşdığını bildirib. Onun sözlərinə görə, belə bir dəyişiklik məktəblər və müəllimlər üzərində əlavə stress və gərginlik yarada bilər.

“Bu məsələ konseptual şəkildə geniş müzakirə olunmalıdır. Ən azı məktəb rəhbərlikləri, sinif rəhbərləri, bəzi hallarda isə şagirdlərin də iştirakı ilə müzakirələr aparılmalı və vahid qərar qəbul edilməlidir”, – deyə M.Məmmədli vurğulayıb.

Ekspert hesab edir ki, hazırkı vəziyyətdə buraxılış imtahanlarında bütün hallarda 4 səhv cavabın 1 düzgün cavabı aparması qaydasının tətbiqinə tələsmək düzgün olmaz. O qeyd edib ki, belə bir dəyişiklik məktəblərin nüfuzuna və müəllimlərin imicinə də təsir göstərə bilər.

Xədicə Hüseyn

Xəbər Lenti

UNEC-də APTIS Mərkəzi fəaliyyətə başlayıb05.10.2026 - 14:56
ETİHİ Respublika Komitəsi bölgələrdə müəllimləri təbrik edib05.10.2026 - 14:53
Müəllimlərə üç məktəbdə işləmək imkanı verilə bilər05.10.2026 - 14:50
Psixoloq Mirsadiq Muxtarov: “Gələcəklə bağlı qeyri-müəyyənlik tələbələrdə psixoloji gərginlik yaradır”05.10.2026 - 14:47
Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir05.10.2026 - 14:43
Nazir: Süni intellektdən düzgün istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər05.10.2026 - 14:39
Andreas Şleyxer: Şagirdlərin məlumatı qiymətləndirmək və tənqidi düşünmək qabiliyyəti zəifləyir05.10.2026 - 14:36
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub05.10.2026 - 14:30
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb05.10.2026 - 14:26
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub05.10.2026 - 14:21
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır05.10.2026 - 14:17
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib05.10.2026 - 14:13
ADU nümayəndəsi Ege Universitetində görüşlər keçirib05.10.2026 - 13:08
İstanbulda keçirilən beynəlxalq konqresdə ATU-nun dağınıq skleroz üzrə elmi nəticələri təqdim edilib05.10.2026 - 13:04
BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib05.10.2026 - 13:00
Nazirlikdə Türkiyə nümayəndələri ilə görüş05.10.2026 - 12:54
“İbtidai təhsildə nəticə yoxdursa, digər pillələrdə də olmayacaq” - Təhsil naziri05.10.2026 - 12:48
1000 nəfər müəllimi əhatə edən ixtisasartırma təlimlərinə başlanılır05.10.2026 - 12:44
Sabah Bakıya və rayonlara yağış yağacağı gözlənilir05.10.2026 - 12:40
Magistratura üzrə 195 şəxs dövlət hesabına təhsil almaq hüququ qazanıb.05.10.2026 - 12:34
Müəllim – Gələcəyin Qurucusu və Cəmiyyətin Mənəvi Dayağı05.10.2026 - 11:00
Oktyabrın 6-nın hava proqnozu açıqlanıb05.10.2026 - 10:41
Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub05.10.2026 - 10:33
Dövlət İmtahan Mərkəzində IELTS imtahanı təşkil olunacaq05.10.2026 - 09:21
İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib05.10.2026 - 08:52
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür04.10.2026 - 20:01
Gözdən Əlillər Kitabxanasında yeni kitabın video təqdimatı hazırlanıb04.10.2026 - 18:15
Ağdamda yeniyetmənin erkən evliliyə cəlb olunmasının qarşısı alınıb 04.10.2026 - 18:00
Bakıda müəllimə cinayət işi açıldı 04.10.2026 - 17:44
Paytaxtda bu gün “ Danışır Bakı “ festivalı keçirilib04.10.2026 - 17:33
ADU Ələddin Əliyevin vəfatı ilə bağlı başsağlığı verib04.10.2026 - 17:24
Şagirdlərin məktəbə velosipedlə getməsi təklif olunur04.10.2026 - 17:14
UNESCO müəllimlərə səsləndi: Şagirdlərə yalnız nəzəri bilik verməyin04.10.2026 - 17:08
Qubada yol-nəqliyyat hadisəsi nəticəsində məktəbli vəfat etdi04.10.2026 - 17:00
Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib04.10.2026 - 15:24
Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub04.10.2026 - 15:20
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir04.10.2026 - 15:15
“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib04.10.2026 - 15:11
Özbəkistanda iki nazirlik Təhsil və Elm Nazirliyinə birləşdirilib04.10.2026 - 14:59
Şəki-Zaqatala regionu üzrə 16 təhsil işçisi təltif olunub04.10.2026 - 14:54
Rektor: Universitetlər süni intellekt dövrünə uyğunlaşır04.10.2026 - 14:42
Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər04.10.2026 - 14:33
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür04.10.2026 - 14:21
Azərbaycanda bu kollec təmirə 30 min xərcləməyi planlaşdırır04.10.2026 - 14:14
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb04.10.2026 - 14:08
Çin məktəblərdə süni intellekt təhsilini genişləndirir04.10.2026 - 14:01
"İlin Gənc Müəllimi" fəxri fərmanla təltif edildi04.10.2026 - 13:56