Süni intellektdən düzgün istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər.
“Tehsil365” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib.
Nazir bildirib ki, süni intellekt artıq bütün sahələrə təsir göstərir:
"Süni intellekt təhsil üçün də yeni imkanlar yaradacaq, həmçinin daha sürətli qərar vermə bacarığı tələb edəcək. Bu yenilikdən düzgün istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər. Bu zaman qiymətləndirmə daha obyektiv olacaq".

