Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 16 oktyabr tarixində Tərtər şəhərində vətəndaşları qəbul edəcək.
“Tehsil365“ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qəbulda Tərtər və Ağdərə rayonlarının sakinləri iştirak edə bilərlər.
Qeydiyyat üçün həmin rayonların sakinləri 14 oktyabr saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə yazıla bilərlər.
Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qeyd edək ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

