Təhsil 365 - Logo Mobile

IDEA-nın təşəbbüsü ilə növbəti təlim proqramı təşkil olunub

7206.10.2026 - 13:42
IDEA-nın təşəbbüsü ilə növbəti təlim proqramı təşkil olunub

IDEA İctimai Birliyinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının birgə əməkdaşlığı ilə ekoloji məsuliyyətli turizm prinsiplərinə uyğun fəaliyyət göstərən tur operatorları və ekoturizm bələdçiləri üçün növbəti təlim sessiyaları təşkil olunub.

“Tehsil365” xəbər verir ki, üçgünlük proqramını əhatə edən təlim Azərbaycanda ekoturizmin inkişafına dəstək vermək, milli parklar və digər xüsusi mühafizə olunan təbiət ərazilərində fəaliyyət göstərən bələdçilərin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.

IDEA-nın ətraf mühit üzrə ekspertlərinin metodiki tövsiyələri əsasında tərtib olunan təlim proqramı ekoloji davranış və məsuliyyətli turizm qaydalarının tətbiqi, təbiətin mühafizəsi, biomüxtəlifliyin qorunması, turizm sektorunda fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi və turistlərin ekoloji məsuliyyətinin daha da artırılmasına yönəlmiş müxtəlif mövzuları əhatə edib.

Artıq ikinci dəfə təşkil olunan təlim proqramını və biliklərin qiymətləndirilməsi mərhələsini müvəffəqiyyətlə başa vuran 28 iştirakçıya sertifikat təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr həm yerli, həm də beynəlxalq səviyyədə ekoloji çağırışlara yönələn dayanıqlı mexanizmlərin formalaşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

IDEA tərəfindən ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin zənginləşdirilməsi, yaşıllıqların artırılması və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımlar, xüsusilə Xəzər dənizi və ölkəmizdə biomüxtəlifliyin qorunması üzrə həyata keçirilən layihələr ardıcıl xarakter daşıyır. Bu təşəbbüslər cəmiyyətin, xüsusilə gənc nəslin ekoloji maarifləndirilməsi vasitəsilə ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasına və ekosistemin gələcək nəsillər üçün qorunub-saxlanılmasına xidmət edir.

Nilay Hüseynli

Xəbər Lenti

Sumqayıtda məktəb direktoru vəfat edib06.10.2026 - 15:48
Müəllimlərə 3 min manat mükafat verilib06.10.2026 - 15:37
Sabah Bakıya yağış yağacaq06.10.2026 - 15:27
Nazir müavini Qəbələdə vətəndaşları qəbul edəcək06.10.2026 - 15:22
Bağçada süni intellekt: Uşaqlar buna HAZIRDIRMI?06.10.2026 - 15:18
Uşaqlar sözlərdən çox davranışlarımızı öyrənirlər - Mətin Kərimli06.10.2026 - 15:14
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq06.10.2026 - 15:11
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər şəhərində vətəndaşları qəbul edəcək.06.10.2026 - 15:05
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib06.10.2026 - 14:55
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq06.10.2026 - 14:51
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir06.10.2026 - 14:47
Almatıda azərbaycanlı yazıçı Lətifə Orucun romanı qazax dilində təqdim edilib06.10.2026 - 14:33
"Fly to Baku"nun interaktiv layihələrinin məzmunu açıqlanıb06.10.2026 - 14:29
UNEC tələbələrinin layihələri 100-cü Aqrar Biznes Festivalında nümayiş olunub06.10.2026 - 13:56
BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb06.10.2026 - 13:52
Ödənişli qəbul olunan 1000 dən çox tələbə pulsuz təhsil alacaq06.10.2026 - 13:38
Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş06.10.2026 - 13:32
Riyaziyyat fənni üzrə seçim imtahanı keçiriləcək06.10.2026 - 13:24
DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq06.10.2026 - 13:14
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir06.10.2026 - 13:11
Paytaxt müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edildi05.10.2026 - 19:55
ADU-da “Müəllim – gələcəyə işıq saçan insan” adlı tədbir keçirilib05.10.2026 - 19:45
ADU-da professor Əsgər Zeynalovun 75 illik yubileyi qeyd olundu05.10.2026 - 19:35
Elm və təhsil nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək05.10.2026 - 19:25
Bakı və region şagirdləri arasında bal fərqinin əsas səbəbləri nədir? - Ekspertdən açıqlama05.10.2026 - 19:10
İçərişəhər və Bakı Meksikadakı festivalda tanıdılıb05.10.2026 - 17:52
Ucuz və keyfiyyətsiz qidalar uşaqların sağlamlığına necə təsir edir? – Tibb ekspertindən AÇIQLAMA05.10.2026 - 17:44
BDU ilə Qobustan Milli Tarix-Bədii Qoruğu əməkdaşlıq memorandumu imzalayıb05.10.2026 - 17:39
Prezident İlham Əliyev Pirallahıda yeni dərman istehsalı müəssisəsinin açılışında iştirak edib05.10.2026 - 17:34
“Royal Məmmədov” yük gəmisinə PUA hücumu Ölənlər var05.10.2026 - 17:26
UNEC-də APTIS Mərkəzi fəaliyyətə başlayıb05.10.2026 - 14:56
ETİHİ Respublika Komitəsi bölgələrdə müəllimləri təbrik edib05.10.2026 - 14:53
Müəllimlərə üç məktəbdə işləmək imkanı verilə bilər05.10.2026 - 14:50
Psixoloq Mirsadiq Muxtarov: “Gələcəklə bağlı qeyri-müəyyənlik tələbələrdə psixoloji gərginlik yaradır”05.10.2026 - 14:47
Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir05.10.2026 - 14:43
Nazir: Süni intellektdən düzgün istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər05.10.2026 - 14:39
Andreas Şleyxer: Şagirdlərin məlumatı qiymətləndirmək və tənqidi düşünmək qabiliyyəti zəifləyir05.10.2026 - 14:36
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub05.10.2026 - 14:30
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb05.10.2026 - 14:26
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub05.10.2026 - 14:21
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır05.10.2026 - 14:17
Məzahir Məmmədli: ““Atıb-tutmaqdan” çəkindirə bilər””05.10.2026 - 14:15
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib05.10.2026 - 14:13
ADU nümayəndəsi Ege Universitetində görüşlər keçirib05.10.2026 - 13:08
İstanbulda keçirilən beynəlxalq konqresdə ATU-nun dağınıq skleroz üzrə elmi nəticələri təqdim edilib05.10.2026 - 13:04
BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib05.10.2026 - 13:00
Nazirlikdə Türkiyə nümayəndələri ilə görüş05.10.2026 - 12:54