Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin (AİM) təşkilatçılığı ilə Ağdamda keçirilən 100-cü yubiley “Aqrar Biznes Festivalı”nda UNEC tələbələri də öz innovativ layihələri ilə iştirak ediblər.
“Tehsil 365” xəbər veriri ki, festival çərçivəsində tələbələrimizin hazırladığı AgroEye Robotu, VRGO VR platforması və “Bərəkət” mobil tətbiqi təqdim olunub. Tələbələr layihələrini festival iştirakçılarına nümayiş etdirərək hazırladıqları texnoloji həllər, innovativ yanaşmalar və sahibkarlıq ideyaları barədə məlumat veriblər. Layihələr festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.



