Təhsil 365 - Logo Mobile

"Fly to Baku"nun interaktiv layihələrinin məzmunu açıqlanıb

8606.10.2026 - 14:29
"Fly to Baku"nun interaktiv layihələrinin məzmunu açıqlanıb

30 oktyabr – 1 noyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" proqramı müasir incəsənətin müxtəlif ifadə formalarını bir araya gətirməklə yanaşı, tamaşaçını sənət prosesinin birbaşa iştirakçısına çevirən performans, immersiv və interaktiv layihələri də təqdim edəcək.

“Tehsil365” Report"a "istinadən xəbər verir ki, Fly to Baku" festivalının mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, proqramın bu hissəsində insan və təbiət münasibətləri, ekoloji məsuliyyət, yaddaş, inklüzivlik və gələcək nəsillərə ötürüləcək irs kimi mövzular araşdırılır.

"Çəkic" sənədli filmi "Sotheby"s" hərrac evinin keçmiş sədri de Purinin həyat və karyerasına nəzər salır. Rejissor Simon Vallon tamaşaçını incəsənət və biznes dünyasının kəsişməsinə apararaq, sənət əsərlərinin hərrac bazarında qazandığı dəyəri və bu prosesin arxasındakı münasibətləri araşdırır. Film de Purinin Bazeldə başlayan karyerasından, "Sotheby"s"dəki fəaliyyətindən və Damien Hirst, Jan-Mişel Baskiya və Pol Qogen kimi rəssamların əsərləri ilə bağlı hərrac rekordlarının formalaşmasındakı rolundan bəhs edir.

Gənc kəşfiyyatçılar üçün nəzərdə tutulmuş "Vəhşi beşlik" interaktiv ekoloji proqramı iştirakçıları Qafqazın beş rəmzi heyvanı - imperator qartalı, Qafqaz bəbiri, boz canavar, ceyran və qonur ayı ilə fərqli duyğular vasitəsilə tanış edir. Beş interaktiv ustad dərsində iştirakçılar heyvanların görmə, eşitmə, hərəkət və digər xüsusiyyətlərini təcrübə etməklə təbiəti onların qavradığı kimi hiss etməyə çalışırlar. Musiqi, hərəkət, səs və təbii materiallardan istifadə olunan proqramın sonunda iştirakçılar "Vəhşi beşlik"in simvollarını əks etdirən əl işləri hazırlayırlar. Bu proqramda müxtəlif yaş qruplarından uşaqlar iştirak edə bilərlər.

Proqramın davamı olaraq təqdim edilən "Vəhşi beşlik" performansı 30 dəqiqəlik teatr və musiqi tamaşasıdır. Aktyorların canlandırdığı imperator qartalı, Qafqaz bəbiri, boz canavar, ceyran və qonur ayı obrazları, maskalar, fiziki performans və canlı səslər tamaşaçını vəhşi təbiətin dünyasına aparır. Külək, otların xışıltısı, heyvan nəfəsi, qanad çırpıntısı və canavar ulaması vahid musiqi kompozisiyasında birləşir. Həm interaktiv proqram, həm də performans Daş Salnamə Muzeyində təqdim olunacaq. Bu tədbirə 10 yaşdan yuxarı uşaqlar qatıla bilərlər.

Rusiyalı sənətçi Konstantin Soldatovun "Bizim ev" adlı immersiv audiovizual tamaşa-meditasiyası isə tamaşaçını şəxsi yaddaş və Bakı ilə bağlı çoxqatlı səs dünyasına aparır. Təxminən 35 dəqiqə davam edən layihədə ənənəvi səhnə və tamaşaçı zalı anlayışı yoxdur. Məkanın memarlığı və interyeri dramaturgiyanın bir hissəsinə çevrilir. Tamaşaçı Xəzərin, xəzrinin, qağayıların və İçərişəhərin səsləri, yazıçının səsi və müxtəlif dillərdə səslənən personajlar vasitəsilə Bakının yaddaşında səyahət edir. Layihə Maqsud İbrahimbəyovun ev-muzeyində təqdim olunacaq.

"DanceAbility Azerbaijan"ın "Sərhədsiz uçuş" adlı inklüziv multidisiplinar layihəsi isə 30 oktyabr – 1 noyabr tarixlərində Müasir İncəsənət Mərkəzində keçiriləcək. Layihə imperator qartalı, digər yırtıcı quşlar və Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmiş quş növlərinə diqqət çəkir, insan fəaliyyəti və infrastrukturun onların yaşayış mühitinə təsirini araşdırır. İnklüziv rəqəmsal rəqs performansı, mətn və illüstrasiyalar, interaktiv oyunlar və panel müzakirələrini birləşdirən layihə əlilliyi olan insanların birbaşa iştirakı ilə hazırlanıb.

Daş Salnamə Muzeyində Orxan Nəbizadənin "Qədim daş, müasir yaddaş" əsəri Qobustanın qayaüstü sənətindən ilhamlanaraq Azərbaycanın təbii irsinin beş simvolunu müasir heykəltəraşlıq dili ilə təqdim edəcək. Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və imperator qartalı əsərdə müasir yaddaşın obrazlarına çevrilir. Layihə qədim qayaüstü təsvirlərdən bu günə uzanan xətt vasitəsilə gələcək nəsillərə hansı təbii dünyanı miras qoyacağımız barədə düşünməyə dəvət edir.

Daş Salnamə Muzeyində təqdim olunacaq növbəti layihə - Elvin Nəbizadənin "Məsuliyyət radiusu" interaktiv əsəri insanla vəhşi təbiət arasındakı görünməz əlaqəni araşdırır. Qafqaz bəbiri və ceyranı təsvir edən iki heykəl xüsusi işıqlandırma vasitəsilə ziyarətçinin hərəkətinə reaksiya verir: insan əsərə yaxınlaşdıqda öz bədəni ilə işığın qarşısını kəsir və heyvan qaranlıqda qalır, geri çəkildikdə isə yenidən görünür. Əsər şəxsi davranışın nəticələrini və kollektiv məsuliyyət anlayışını fiziki təcrübəyə çevirir.

Miniatür Muzeyinin "Gələcəyin gəmisi" layihəsi isə canlı aləmin qorunması mövzusunu Nuhun gəmisi obrazı üzərindən araşdırır. İnsanlar, heyvanlar, quşlar və bitkilərlə dolu gəmi təbiət və sivilizasiyanın qarşılıqlı bağlılığının simvoluna çevrilir. Layihə klassik bestiarın canlı varlıqların obrazlarını qorumaq ənənəsini gələcəyin qorunması ideyası ilə əlaqələndirir.

Həmçinin qeyd olunub ki, festival proqramı üçün "Flay to Baku" mobil tətbiqi də istifadəyə verilib.

"Fly to Baku" mobil tətbiqi "İncəsənət həftəsonu"nun proqramını, tədbir və sərgi məkanlarını, yenilikləri və əvvəlki buraxılışlardan seçilmiş materialları bir platformada birləşdirir. Tətbiq ziyarətçilərə festival proqramını izləməklə yanaşı, Bakını incəsənət, mədəniyyət və yaradıcı təcrübələr vasitəsilə kəşf etmək imkanı yaradır. Tətbiqi yüklədikdən sonra qeydiyyatdan keçmək, iştirak etmək istədiyiniz tədbirləri və ziyarət saatlarını seçmək vacibdir. Qeydiyyatdan sonra profilinizdəki QR kod bütün seçdiyiniz tədbirlərinizə biletinizdir.

Festival proqramı Heydər Əliyev Mərkəzindən Şirvanşahlar Sarayına və Daş Salnamə Muzeyinə qədər Bakının müxtəlif mədəniyyət məkanlarını bir araya gətirir. Proqramın interaktiv xəritəsi ziyarətçilərə sərgi, performans və digər bədii layihələrin keçirildiyi məkanları kəşf etmək və incəsənət təcrübəsi ilə şəhər boyunca səyahət etmək imkanı yaradır. Beləliklə, 30 oktyabr – 1 noyabr tarixlərində keçiriləcək "İncəsənət Həftəsonu" çərçivəsində tətbiq vasitəsilə şəhərin müxtəlif məkanlarında təqdim olunacaq sərgilər, performanslar və digər layihələr haqqında məlumatları bir platformada izləmək mümkün olacaq.

"Fly to Baku" mobil tətbiqi Android və iOS istifadəçiləri üçün əlçatandır.

Asyat Abdurahmanova

Xəbər Lenti

Sumqayıtda məktəb direktoru vəfat edib06.10.2026 - 15:48
Müəllimlərə 3 min manat mükafat verilib06.10.2026 - 15:37
Sabah Bakıya yağış yağacaq06.10.2026 - 15:27
Nazir müavini Qəbələdə vətəndaşları qəbul edəcək06.10.2026 - 15:22
Bağçada süni intellekt: Uşaqlar buna HAZIRDIRMI?06.10.2026 - 15:18
Uşaqlar sözlərdən çox davranışlarımızı öyrənirlər - Mətin Kərimli06.10.2026 - 15:14
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq06.10.2026 - 15:11
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər şəhərində vətəndaşları qəbul edəcək.06.10.2026 - 15:05
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib06.10.2026 - 14:55
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq06.10.2026 - 14:51
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir06.10.2026 - 14:47
Almatıda azərbaycanlı yazıçı Lətifə Orucun romanı qazax dilində təqdim edilib06.10.2026 - 14:33
UNEC tələbələrinin layihələri 100-cü Aqrar Biznes Festivalında nümayiş olunub06.10.2026 - 13:56
BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb06.10.2026 - 13:52
IDEA-nın təşəbbüsü ilə növbəti təlim proqramı təşkil olunub06.10.2026 - 13:42
Ödənişli qəbul olunan 1000 dən çox tələbə pulsuz təhsil alacaq06.10.2026 - 13:38
Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş06.10.2026 - 13:32
Riyaziyyat fənni üzrə seçim imtahanı keçiriləcək06.10.2026 - 13:24
DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq06.10.2026 - 13:14
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir06.10.2026 - 13:11
Paytaxt müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edildi05.10.2026 - 19:55
ADU-da “Müəllim – gələcəyə işıq saçan insan” adlı tədbir keçirilib05.10.2026 - 19:45
ADU-da professor Əsgər Zeynalovun 75 illik yubileyi qeyd olundu05.10.2026 - 19:35
Elm və təhsil nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək05.10.2026 - 19:25
Bakı və region şagirdləri arasında bal fərqinin əsas səbəbləri nədir? - Ekspertdən açıqlama05.10.2026 - 19:10
İçərişəhər və Bakı Meksikadakı festivalda tanıdılıb05.10.2026 - 17:52
Ucuz və keyfiyyətsiz qidalar uşaqların sağlamlığına necə təsir edir? – Tibb ekspertindən AÇIQLAMA05.10.2026 - 17:44
BDU ilə Qobustan Milli Tarix-Bədii Qoruğu əməkdaşlıq memorandumu imzalayıb05.10.2026 - 17:39
Prezident İlham Əliyev Pirallahıda yeni dərman istehsalı müəssisəsinin açılışında iştirak edib05.10.2026 - 17:34
“Royal Məmmədov” yük gəmisinə PUA hücumu Ölənlər var05.10.2026 - 17:26
UNEC-də APTIS Mərkəzi fəaliyyətə başlayıb05.10.2026 - 14:56
ETİHİ Respublika Komitəsi bölgələrdə müəllimləri təbrik edib05.10.2026 - 14:53
Müəllimlərə üç məktəbdə işləmək imkanı verilə bilər05.10.2026 - 14:50
Psixoloq Mirsadiq Muxtarov: “Gələcəklə bağlı qeyri-müəyyənlik tələbələrdə psixoloji gərginlik yaradır”05.10.2026 - 14:47
Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir05.10.2026 - 14:43
Nazir: Süni intellektdən düzgün istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər05.10.2026 - 14:39
Andreas Şleyxer: Şagirdlərin məlumatı qiymətləndirmək və tənqidi düşünmək qabiliyyəti zəifləyir05.10.2026 - 14:36
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub05.10.2026 - 14:30
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb05.10.2026 - 14:26
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub05.10.2026 - 14:21
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır05.10.2026 - 14:17
Məzahir Məmmədli: ““Atıb-tutmaqdan” çəkindirə bilər””05.10.2026 - 14:15
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib05.10.2026 - 14:13
ADU nümayəndəsi Ege Universitetində görüşlər keçirib05.10.2026 - 13:08
İstanbulda keçirilən beynəlxalq konqresdə ATU-nun dağınıq skleroz üzrə elmi nəticələri təqdim edilib05.10.2026 - 13:04
BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib05.10.2026 - 13:00
Nazirlikdə Türkiyə nümayəndələri ilə görüş05.10.2026 - 12:54