Təhsil 365 - Logo Mobile

Nazirlər Kabineti təhsilverənlərin geyimi tələblərini təsdiq edib

5106.10.2026 - 17:28
Nazirlər Kabineti təhsilverənlərin geyimi tələblərini təsdiq edib

Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib.

“Tehsil365” xəbər verir ki, “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə müvafiq Prezident Fərmanının icrası məqsədilə qəbul olunmuş sənəd dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və vahid yanaşmanın təmin edilməsinə yönəlib.


Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.

Təhsilverənlərin geyimi və geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun şəkildə, mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən və geyim elementlərindən istifadəyə yol verilmir.

Təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, həmçinin məktəbi təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə bu tələblərə riayət etməlidirlər. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə yol verilir.

Qərarla bağlı xüsusi vurğulanmalıdır ki, burda söhbət vahid formadan yox, geyim ilə bağlı qaydalardan - dress-koddan gedir. Ekspertlərin fikrincə, məktəb müəllimlərinin işgüzar tələblərə uyğun, dress-kod nəzərə alınmaqla geyinməsinin həm təşkilati, həm pedaqoji, həm də idarəetmə baxımından müsbət təsiri var. Çünki işgüzar üslub müəllimin müəyyən peşə standartlarının daşıyıcısı olduğunu vurğulamaqla yanaşı, həm də tədris zamanı lazım olan iş mühitini qorumağa kömək edir.

Təhsil ekspertləri müxtəlif müzakirələrdə onu da qeyd edirlər ki, şagirdlər məktəbli forması geyinirsə, müəllimlər üçün də dress-kod tələbləri yanaşması məktəbin ümumi korporativ mədəniyyətinin bir hissəsi kimi qəbul edilməlidir. Bu, həm də məktəbin ictimai nüfuzuna müsbət təsir göstərəcək.


Ayətil Quliyeva

Xəbər Lenti

BDU-lu Tələbənin böyük uğuru06.10.2026 - 19:59
Xaçmazda məktəbli qardaşları maşın vurdu06.10.2026 - 19:58
Google Gemini Pro-nu pullu edir06.10.2026 - 19:58
Respublika Gözdən Əlillər Kitabxanasından Reportaj06.10.2026 - 19:49
Azərbaycanlı tələbələr magistratura üçün bu ölkələrə üz tutur – ŞƏRTLƏR06.10.2026 - 19:40
Kimya fənni üzrə seçim imtahanı keçiriləcək06.10.2026 - 19:39
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı06.10.2026 - 19:37
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib06.10.2026 - 19:30
ADPU məktəblərlə tədqiqat tərəfdaşlığı quracaq06.10.2026 - 19:30
Bakıda bəzi ərazilərində elektrik olmayacaq06.10.2026 - 19:21
Ceyhun Cəlilov: Təhsil müəssisələrinin tutumunun 23 min nəfər olması planlaşdırılır 06.10.2026 - 19:20
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir06.10.2026 - 19:11
Məleykə Abbszadə: "Dövlət sifarişli yerlər boş qalmayacaq”06.10.2026 - 19:05
Bağçalarla bağlı sevindirici xəbər06.10.2026 - 19:00
BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib06.10.2026 - 18:58
Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar06.10.2026 - 18:50
Məşhur ingilis yazıçısı Ceffri Arçer vəfat etdi06.10.2026 - 18:40
ADU və Ege Universiteti arasında Türk dünyası üzrə birgə layihələr müzakirə olunub06.10.2026 - 18:36
SDU-da 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib06.10.2026 - 18:33
ADU-da Türkiyəli professorlar tərəfindən təlim keçirilib06.10.2026 - 18:30
Kamal Abdulla Anadolu Məktəbi layihəsində yazar və oxucularla görüşüb06.10.2026 - 18:25
Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş keçirilib06.10.2026 - 18:20
“Nəvəm İsmayıl Atakuşevə həsr olunur”- Şah İsmayıl Xətai heykəlində yeni yazı06.10.2026 - 18:07
Müdafiə Nazirliyində “ Təlimatçı hazırlıq kursu “ yekunlaşıb06.10.2026 - 17:55
Əsgərlikdən yeni gəlmişdi, məktəbli tərəfindən bıçaqlandı06.10.2026 - 17:44
Britaniyalı dramaturq “Xırmanda” tamaşasının premyerasını dəyərləndirdi06.10.2026 - 17:15
Süni intelkekt şagirdlərin qiymətləndirilməsində rol oynayacaq06.10.2026 - 17:00
Sumqayıtda məktəb direktoru vəfat edib06.10.2026 - 15:48
Müəllimlərə 3 min manat mükafat verilib06.10.2026 - 15:37
Sabah Bakıya yağış yağacaq06.10.2026 - 15:27
Nazir müavini Qəbələdə vətəndaşları qəbul edəcək06.10.2026 - 15:22
Bağçada süni intellekt: Uşaqlar buna HAZIRDIRMI?06.10.2026 - 15:18
Uşaqlar sözlərdən çox davranışlarımızı öyrənirlər - Mətin Kərimli06.10.2026 - 15:14
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq06.10.2026 - 15:11
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər şəhərində vətəndaşları qəbul edəcək.06.10.2026 - 15:05
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib06.10.2026 - 14:55
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq06.10.2026 - 14:51
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir06.10.2026 - 14:47
Almatıda azərbaycanlı yazıçı Lətifə Orucun romanı qazax dilində təqdim edilib06.10.2026 - 14:33
"Fly to Baku"nun interaktiv layihələrinin məzmunu açıqlanıb06.10.2026 - 14:29
UNEC tələbələrinin layihələri 100-cü Aqrar Biznes Festivalında nümayiş olunub06.10.2026 - 13:56
BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb06.10.2026 - 13:52
IDEA-nın təşəbbüsü ilə növbəti təlim proqramı təşkil olunub06.10.2026 - 13:42
Ödənişli qəbul olunan 1000 dən çox tələbə pulsuz təhsil alacaq06.10.2026 - 13:38
Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş06.10.2026 - 13:32
Riyaziyyat fənni üzrə seçim imtahanı keçiriləcək06.10.2026 - 13:24
DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq06.10.2026 - 13:14