Sumqayıt Dövlət Universitetində (SDU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
“Tehsil365”xəbər verir ki, tədbir universitetin Heydər Əliyev Mərkəzində təşkil olunub.
Tədbirdə SDU-nun rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan SDU-nun rektoru, professor Nurəli Yusifbəyli professor-müəllim heyətini peşə bayramı münasibətilə təbrik edib.
Rektor Ümummilli Lider Heydər Əliyevin müəllim əməyinə hər zaman yüksək qiymət verdiyini vurğulayaraq, Ulu Öndərin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikrini xatırladıb.
Bildirilib ki, təhsilin inkişafına və müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rektor SDU-nun son illərdə əldə etdiyi uğurlarda professor-müəllim heyətinin xüsusi rolunu qeyd edib.
Tədbirin sonunda elmi-pedaqoji fəaliyyəti ilə seçilən bir qrup müəllimə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

