Dünyaca məşhur ingilis yazıçısı və keçmiş siyasətçi Ceffri Arçer 86 yaşında vəfat edib.
“Tehsil365” xəbər verir ki, yazıçı oktyabrın 5-də evində qəfil və sakit şəkildə dünyasını dəyişib.
Qeyd edək ki, Ceffri Arçer “Kain və Abel”, “Klifton xronikaları”, “Bir qəpik çox, bir qəpik az”, “Prezidentə deməliyik?”, “Bərabərlər arasında birinci”, “Oğru şərəfi” və “Dördüncü hakimiyyət” kimi bestseller əsərlərin müəllifidir.
Onun kitabları dünya üzrə 300 milyon nüsxədən çox satılıb.

