Azərbaycan məktəbliləri Vyetnamın Hanoy şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2026) 3 bürünc medal qazanıblar.
“Tehsil365” xəbər verir ki, Təhsil İnstitutundan verilən məlumata görə, sentyabrın 25-dən oktyabrın 5-dək Vyetnamın Hanoy şəhərində keçirilən Olimpiadada Azərbaycanı təmsil edən şagirdlər uğurlu nəticə göstəriblər. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Ərtoğrul Məhərrəmli və XI sinif şagirdi Mehdi Qasımlı, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin X sinif şagirdi Orxan Tağıyev bürünc medala layiq görülüblər. Orxan Tağıyev, həmçinin komanda yarışında qalib olub.
Azərbaycan komandasının Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı ölkə üzrə keçirilən Azərbaycan Astronomiya Olimpiadasının nəticələri əsasında formalaşır.

