Ali məktəblərdə dövlət sifarişli yerlərin boş qalmasının səbəbi açıqlanıb.
“Tehsil365”xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında bildirib ki, hər il qəbuldan sonra dövlət sifarişi üzrə müəyyən sayda yer boş qalır.
Bunun əsas səbəblərindən biri dövlət sifarişi qazanan abituriyentlərin xarici universitetlərdən təqaüd alaraq təhsillərini xaricdə davam etdirməsidir.
Qaydalara uyğun olaraq, boş qalan yerlərə ödənişli təhsil alan tələbələr üçün müsabiqə keçirilir. Bu ilki müsabiqə nəticəsində bakalavriat üzrə 1870, magistratura üzrə 195 nəfər olmaqla, ümumilikdə 2065 tələbə ödənişlidən ödənişsiz təhsilə keçib.
Məleykə Abbaszadə qeyd edib ki, bu mexanizm dövlətin yaratdığı təhsil imkanlarından daha çox gəncin faydalanmasına şərait yaradır.

