Təhsil 365 - Logo Mobile

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

3506.10.2026 - 19:11
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

2026-2027-ci tədris ilindən etibarən “Rəqəmsal məktəb” platforması Bakı şəhəri ilə yanaşı, ölkənin digər regionlarında da tətbiq olunacaq. Yeni tədris ilindən etibarən platformadan Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvanda 20 məktəbdə istifadə ediləcək. Beləliklə, ümumilikdə daha 194 məktəb platformaya qoşulacaq.

“Tehsil365” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəetməsində müasir texnologiyalardan istifadə imkanlarını genişləndirmək, şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında qarşılıqlı əlaqəni daha çevik və səmərəli şəkildə təmin etməkdir.

“Rəqəmsal məktəb” platformasının genişləndirilməsi ilə müəllimlər üçün tədris prosesinin idarə olunmasında yeni rəqəmsal imkanlar yaradılacaq. Müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq, bununla da kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması təmin ediləcək.

Bununla yanaşı, platforma istifadəçiləri süni intellektəsaslı rəqəmsal həllərə çıxış əldə edəcəklər. Bu imkanların tədris prosesində müasir texnologiyalardan daha səmərəli istifadəyə, müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına və təhsil prosesinin fərdiləşdirilməsi imkanlarının genişləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.

Şagirdlər platforma üzərindən müxtəlif tədris resurslarına çıxış əldə edəcək, gündəlik dərs cədvəlləri ilə tanış olacaq, həmçinin qiymətlərini elektron qaydada izləyə biləcəklər. Bu imkanlar şagirdlərin tədris prosesində öz nəticələrini və gündəlik fəaliyyətlərini daha rahat izləməsinə şərait yaradacaq.

Valideynlər isə şəxsi kabinetləri vasitəsilə övladları ilə bağlı məlumatları elektron qaydada izləyə biləcəklər. Onlar platformada övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə, bununla da övladlarının təhsil prosesi və məktəbdəki fəaliyyəti barədə daha operativ məlumatlı ola biləcəklər.

“Rəqəmsal məktəb” platforması vasitəsilə təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid rəqəmsal mühitdə təşkili, təhsil iştirakçıları üçün məlumat və xidmətlərə çıxışın asanlaşdırılması, məktəblərdə idarəetmə və kommunikasiya imkanlarının təkmilləşdirilməsi əsas hədəflərdir.

Platformanın yeni regionlarda tətbiqi ilə daha çox məktəbin və təhsil iştirakçısının rəqəmsal həllərdən yararlanması təmin olunacaq. Bununla da rəqəmsal təhsil imkanlarının ölkə üzrə mərhələli şəkildə genişləndirilməsi və vahid rəqəmsal təhsil ekosisteminin formalaşdırılması istiqamətində növbəti addım atılacaq.

Xədicə Hüseyn

Xəbər Lenti

BDU-lu Tələbənin böyük uğuru06.10.2026 - 19:59
Xaçmazda məktəbli qardaşları maşın vurdu06.10.2026 - 19:58
Google Gemini Pro-nu pullu edir06.10.2026 - 19:58
Respublika Gözdən Əlillər Kitabxanasından Reportaj06.10.2026 - 19:49
Azərbaycanlı tələbələr magistratura üçün bu ölkələrə üz tutur – ŞƏRTLƏR06.10.2026 - 19:40
Kimya fənni üzrə seçim imtahanı keçiriləcək06.10.2026 - 19:39
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı06.10.2026 - 19:37
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib06.10.2026 - 19:30
ADPU məktəblərlə tədqiqat tərəfdaşlığı quracaq06.10.2026 - 19:30
Bakıda bəzi ərazilərində elektrik olmayacaq06.10.2026 - 19:21
Ceyhun Cəlilov: Təhsil müəssisələrinin tutumunun 23 min nəfər olması planlaşdırılır 06.10.2026 - 19:20
Məleykə Abbszadə: "Dövlət sifarişli yerlər boş qalmayacaq”06.10.2026 - 19:05
Bağçalarla bağlı sevindirici xəbər06.10.2026 - 19:00
BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib06.10.2026 - 18:58
Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar06.10.2026 - 18:50
Məşhur ingilis yazıçısı Ceffri Arçer vəfat etdi06.10.2026 - 18:40
ADU və Ege Universiteti arasında Türk dünyası üzrə birgə layihələr müzakirə olunub06.10.2026 - 18:36
SDU-da 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib06.10.2026 - 18:33
ADU-da Türkiyəli professorlar tərəfindən təlim keçirilib06.10.2026 - 18:30
Kamal Abdulla Anadolu Məktəbi layihəsində yazar və oxucularla görüşüb06.10.2026 - 18:25
Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş keçirilib06.10.2026 - 18:20
“Nəvəm İsmayıl Atakuşevə həsr olunur”- Şah İsmayıl Xətai heykəlində yeni yazı06.10.2026 - 18:07
Müdafiə Nazirliyində “ Təlimatçı hazırlıq kursu “ yekunlaşıb06.10.2026 - 17:55
Əsgərlikdən yeni gəlmişdi, məktəbli tərəfindən bıçaqlandı06.10.2026 - 17:44
Nazirlər Kabineti təhsilverənlərin geyimi tələblərini təsdiq edib 06.10.2026 - 17:28
Britaniyalı dramaturq “Xırmanda” tamaşasının premyerasını dəyərləndirdi06.10.2026 - 17:15
Süni intelkekt şagirdlərin qiymətləndirilməsində rol oynayacaq06.10.2026 - 17:00
Sumqayıtda məktəb direktoru vəfat edib06.10.2026 - 15:48
Müəllimlərə 3 min manat mükafat verilib06.10.2026 - 15:37
Sabah Bakıya yağış yağacaq06.10.2026 - 15:27
Nazir müavini Qəbələdə vətəndaşları qəbul edəcək06.10.2026 - 15:22
Bağçada süni intellekt: Uşaqlar buna HAZIRDIRMI?06.10.2026 - 15:18
Uşaqlar sözlərdən çox davranışlarımızı öyrənirlər - Mətin Kərimli06.10.2026 - 15:14
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq06.10.2026 - 15:11
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər şəhərində vətəndaşları qəbul edəcək.06.10.2026 - 15:05
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib06.10.2026 - 14:55
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq06.10.2026 - 14:51
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir06.10.2026 - 14:47
Almatıda azərbaycanlı yazıçı Lətifə Orucun romanı qazax dilində təqdim edilib06.10.2026 - 14:33
"Fly to Baku"nun interaktiv layihələrinin məzmunu açıqlanıb06.10.2026 - 14:29
UNEC tələbələrinin layihələri 100-cü Aqrar Biznes Festivalında nümayiş olunub06.10.2026 - 13:56
BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb06.10.2026 - 13:52
IDEA-nın təşəbbüsü ilə növbəti təlim proqramı təşkil olunub06.10.2026 - 13:42
Ödənişli qəbul olunan 1000 dən çox tələbə pulsuz təhsil alacaq06.10.2026 - 13:38
Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş06.10.2026 - 13:32
Riyaziyyat fənni üzrə seçim imtahanı keçiriləcək06.10.2026 - 13:24
DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq06.10.2026 - 13:14