Təhsil müəssisələrinin ümumi tutumunun 23 min nəfər artırılması planlaşdırılır.
“Tehsil365” xəbər verir ki, bunu Elm və Təhsil Naziri Ceyhun Cəlilov AZTV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sosial sahə, səhiyyə, təhsil və digər təyinatlı müəssisələrin əlçatanlığı istiqamətində də Baş planda konkret hədəflər müəyyən edilib: "Belə ki, təhsil müəssisələrinin tutumunun 23 min, məktəbəqədər müəssisələrin isə 7 min nəfər olması planlaşdırılır. Şəhərin kəmiyyət göstəricilərinin böyüməsi və müxtəlif istiqamətlərdə inkişafı nəticəsində məşğulluğun 40 faiz artaraq 78 min nəfərə çatacağı gözlənilir.
Ümumilikdə, tarixi abidələr qorunmaqla yanaşı, yaşıllıq zolaqları və ekoloji mühit ən yüksək standartlara uyğunlaşdırılacaq. Müasir şəhərsalma prinsipləri, inklüzivlik və hər kəs üçün əlçatanlıq şəhərin yeni Baş planında əsas amillər kimi nəzərə alınıb", – deyə o bildirib.

