Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) müəllim hazırlığı sistemində məktəblərlə tərəfdaşlıq modelini yeniləyir. Bu yanaşmaya əsasən, orta məktəblər tələbələr üçün yalnız təcrübə yeri deyil, universitetin elmi-tədqiqat tərəfdaşı olacaq.
“Tehsil365" xəbər verir ki, universitet elmi araşdırmaları bilavasitə məktəblərin gündəlik ehtiyaclarına yaxınlaşdırmağı hədəfləyir.
Əsas fəaliyyət istiqamətləri:
• İnstitusional dəyişikliklər: Mentor institutunun yaradılması və baza məktəblərinin sayının artırılması.
• Proqramların təkmilləşdirilməsi: Tədris planlarının hazırlanmasına əmək bazarı nümayəndələrinin cəlb edilməsi.
• Təcrübə müddəti: Pedaqoji təcrübənin bütün hazırlıq dövrünə yayılması.
Prioritet tədqiqat sahələri:
• Oxu savadlılığı və STEAM təhsili
• İnklüziv sinif və formativ qiymətləndirmə
• Müəllim rifahı və regionlarda kadrların saxlanılması
• Süni intellekt dövründə akademik dürüstlük.
Bu strategiya elmi biliklərin məktəb mühitinə uyğunlaşdırılmasını və tədqiqatçı ilə müəllim arasında bilik vasitəçiliyini önə çəkən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yanaşması ilə səsləşir.

