50 yaşlı Ağasəf Rzayev hüquq-mühafizə orqanlarına müraciət edərək 16 yaşlı qızının itkin düşdüyünü bildirib.
“Tehsil365” Lent.az istinadən xəbər verir ki,izahatı alınarkən məlum olub ki, o, qızını hələ mart ayında 30 yaşlı bacısı oğlu ilə nişanlayıb.
Faktla bağlı onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Məhkəmədə ifadə verən Ağasəf Rzayev sonradan öyrəndiyini bildirib ki, qohum olduqları üçün qızı ilə bacısı oğlunun evliliyi qanunla mümkün deyil. O, etdiyi əməldən peşman olduğunu, ikinci qrup əlil olduğunu deyərək barəsində yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Ağasəf Rzayev 1000 manat məbləğində inzibatı qaydada cərimələnib.

