Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
“Tehsil365”Oxu.az istinadən xəbər verir ki, hadisə bu gün Xaçmaz şəhəri ərazisində qeydə alınıb.
"Opel" markalı minik avtomobili küçədə velosiped sürən 14 və 16 yaşlı iki yeniyetməni vurub.
Hadisə nəticəsində xəsarət alan məktəblilər xəstəxanaya hospitalizasiya olunublar. Məlumata görə, onlar qardaşdırlar və orta məktəbin 8 və 10-cu sinifində oxuyurlar.
Qəza zamanı yeniyetmələrdən birinin ayağı, digərinin isə ayağı və qolu sınıb.
Faktla bağlı araşdırma aparılır.

