Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin mütəxəssisi Nihat Qəribli beynəlxalq texnologiya platforması olan “HackerRank”ın “Campus Crew 2026” proqramına seçilib.
“Tehsil365” xəbər verir ki, müsahibə və seçim mərhələlərini uğurla başa vuran Nihat Qəribli proqramda BDU-nu təmsil edəcək.
Qeyd edək ki, “HackerRank Campus Crew” universitetlərdə proqramlaşdırma və texnologiya icmalarının inkişafını dəstəkləyən beynəlxalq tələbə səfirliyi proqramıdır.
Proqram çərçivəsində o, BDU-da proqramlaşdırma icmasının inkişafı, müxtəlif texnoloji təşəbbüs və tədbirlərin təşkili, həmçinin universitet ictimaiyyətinin beynəlxalq texnologiya ekosistemi ilə əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

