Azərbaycan jurnalistlərinin IX qurultayının keçirilmə tarixi dəyişdirilib.
“Tehsil365” xəbər verir ki, Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatalara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin “presscouncil.az” veb-saytındakı “Azərbaycan jurnalistlərinin IX qurultayı” bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya info@presscouncil.az elektron ünvanına göndərmək) çağırır.
Nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq.
Qurultay oktyabrın 16-da saat 09:00-da öz işinə başlayacaq.

