Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
“Tehsil365“ xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.

