Təhsil 365 - Logo Mobile

Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair forum keçirilib

8307.10.2026 - 12:30
Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair forum keçirilib

Qazaxıstanın paytaxtı Astana şəhərində “Süni intellekt dövründə rəqəmsal transformasiya, həmkarlar ittifaqlarının rolu və əmək hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq forum təşkil olunub.

“Tehsil365” xəbər verir ki, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının  nümayəndələri, bir sıra ölkələrin həmkarlar ittifaqlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə qlobal əmək bazarında mövcud vəziyyət, məşğulluğun yeni formaları, peşə hazırlığı, süni intellekt dövründə işçilərin əmək hüquqları və sosial müdafiəsi, dəyişən əmək şəraitində həmkarlar ittifaqlarının rolu müzakirə olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov forum çərçivəsində təşkil olunan “Avtomatlaşdırma və məşğulluq. Ədalətli keçid” panel sessiyasında çıxış edərək rəqəmsal transformasiya prosesində insan amilinin önəmini, işçilərin əmək hüquqlarının və sosial müdafiəsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar insanların daha səmərəli, təhlükəsiz və layiqli şəraitdə işləməsinə xidmət etməlidir.

Konfederasiya sədri bildirib ki, Azərbaycanda rəqəmsal və yaşıl transformasiyanın yaratdığı çağırışlara uyğun olaraq, işçilərin peşəkar inkişafı, yeni bacarıqların formalaşdırılması istiqamətində sistemli tədbirlər görülür və bu mühüm məsələ daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Vurğulanıb ki, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. Strategiyanın həyata keçirilməsi, ölkədə rəqəmsallaşma, innovasiya və süni intellekt sahələrinə idarəetmə və nəzarəti təşkil etmək məqsədilə Birinci vitse-prezidentin rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. 

Tədbirdə süni intellekt dövründə həmkarlar ittifaqlarının qarşısında duran yeni vəzifələr, əmək münasibətlərində rəqəmsal transformasiyanın yaratdığı dəyişikliklər, həmkarlar ittifaqlarının bu prosesdə iştirakı və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Nilay Hüseynli

Xəbər Lenti

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub07.10.2026 - 15:32
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib07.10.2026 - 14:54
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir07.10.2026 - 14:48
“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır07.10.2026 - 14:42
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək07.10.2026 - 14:38
Həsən Həsənli Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb07.10.2026 - 14:34
ADNSU-da startapçılar üçün emosional intellekt təlimi keçirilib07.10.2026 - 14:31
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb07.10.2026 - 14:28
UNEC tələbələrinə master-klass keçilib07.10.2026 - 14:23
Azərbaycanda orta təhsillilərin sayında AZALMA var07.10.2026 - 14:20
İmtahan stressi şagird və tələbələrin sağlamlığına necə təsir edir? – Nevroloq AÇIQLADI07.10.2026 - 14:04
Qarabağ Universiteyində fəaliyyət göstərən əncəbi müəllimlərlə görüş keçirilib07.10.2026 - 14:03
ADPU-da Təhsil Şurası İctimai Birliyinin iclası keçirilib07.10.2026 - 13:56
Bakı Dövlət Universitetində “Clarivate Günləri”07.10.2026 - 13:14
BDU-da beynəlxalq təbiəti mühafizə təşkilatı olan DEFEND-in nümayəndələri ilə görüş07.10.2026 - 13:07
Müəllimlərin işini asanlaşdıran SÜNİ İNTELLEKT alətləri07.10.2026 - 13:02
Məktəblilərimizdən beynəlxalq qalibiyyət07.10.2026 - 12:57
Sabah Bakıda hava yağmursuz olacaq07.10.2026 - 12:53
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək07.10.2026 - 12:50
Mükafat və maaş əlavələri ilə bağlı tarix dəyişdirildi07.10.2026 - 12:45
Tacikistanlı 8 tələbə Azərbaycanın ali məktəblərində təhsil alacaq07.10.2026 - 12:41
Bakı məktəblərində yeni ekoloji layihə07.10.2026 - 12:39
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb07.10.2026 - 12:36
Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib07.10.2026 - 12:34
Ziya Səlcuq təhsil işçiləri üçün ölkəmizdə ustad dərsi keçdi07.10.2026 - 12:27
Uşağın qanında psixotrop maddə aşkarlandığı iddia olunan bağçanın müdiri işdən çıxarılıb07.10.2026 - 12:20
Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib07.10.2026 - 12:16
Litva səfiri: Hazırda Litvada 400 azərbaycanlı təhsil alır07.10.2026 - 12:12
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib07.10.2026 - 10:44
Fəridə Musəvi: " həyəcan uğur yox uğursuzluqdur" 07.10.2026 - 10:40
Avropa İttifaqı - Gürcüstan münasibətləri gərginləşir07.10.2026 - 10:29
Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar07.10.2026 - 10:19
Oktyabrın 8-nin hava proqnozu açıqlanıb07.10.2026 - 10:14
Jurnalistlərin IX qurultayının tarixi dəyişdirildi07.10.2026 - 10:08
BDU-lu Tələbənin böyük uğuru06.10.2026 - 19:59
Xaçmazda məktəbli qardaşları maşın vurdu06.10.2026 - 19:58
Google Gemini Pro-nu pullu edir06.10.2026 - 19:58
Respublika Gözdən Əlillər Kitabxanasından Reportaj06.10.2026 - 19:49
Azərbaycanlı tələbələr magistratura üçün bu ölkələrə üz tutur – ŞƏRTLƏR06.10.2026 - 19:40
Kimya fənni üzrə seçim imtahanı keçiriləcək06.10.2026 - 19:39
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı06.10.2026 - 19:37
ADPU məktəblərlə tədqiqat tərəfdaşlığı quracaq06.10.2026 - 19:30
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib06.10.2026 - 19:30
Bakıda bəzi ərazilərində elektrik olmayacaq06.10.2026 - 19:21
Ceyhun Cəlilov: Təhsil müəssisələrinin tutumunun 23 min nəfər olması planlaşdırılır 06.10.2026 - 19:20
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir06.10.2026 - 19:11
Məleykə Abbszadə: "Dövlət sifarişli yerlər boş qalmayacaq”06.10.2026 - 19:05