Oktyabrın 7-də elm və təhsil nazirinin müavini Həsən Həsənli ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil nazirinin müavini Ömer Faruk Yelkenci ilə görüşüb.
Bu barədə “Tehsil365”ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycanla Türkiyə arasında təhsil sahəsində həyata keçirilən əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin təhsil sahəsində gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

