25 sentyabr - 5 oktyabr 2026-cı il tarixlərində Vyetnamın Hanoy şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2026) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.
“Tehsil365” xəbər verir ki, olimpiadada TDV Bakı Türk Liseyinin X sinif şagirdi Ərtoğrul Məhərrəmli, həmin liseyin XI sinif şagirdi Mehdi Qasımlı və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Orxan Tağıyev yüksək nəticələr nümayiş etdiriblər.
Uğurlu çıxışları ilə yanaşı, Orxan Tağıyev həm də komanda yarışının qalibi adını qazanıb.

