“İmtahan ərəfəsində şagird və tələbələr arasında ən çox eşitdiyimiz şikayətlər davamlı baş ağrısı, yuxusuzluq, yaddaş zəifliyi, tez əsəbləşmə və diqqət dağınıqlığıdır.”
Bu fikirləri nevroloq Gülnarə Rüstəmzadə “Tehsil365”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu hallar sinir sisteminin xroniki yüklənməsinin tipik nəticəsidir.
“Gəlin baxaq, bu zaman beyində hansı dəyişikliklər baş verir? Yaddaş zəifliyi inkişaf edir, diqqət və konsentrasiya pozulur, həyəcan mexanizmi həssaslaşır.
Bunlar orqanizmdə özünü bu əlamətlərlə göstərir:
1. Gərginlik tipli baş ağrısı;
2. Yuxusuzluq, səhər yuxudan oyanmada çətinlik;
3. Ürək və digər narahatlıqlar”, – deyə nevroloq qeyd edib.

