Təhsil 365 - Logo Mobile

UNEC tələbələrinə master-klass keçilib

8607.10.2026 - 14:23
UNEC tələbələrinə master-klass keçilib

PASHA Holdingin Baş İcraçı Direktoru, UNEC-in məzunu Cəlal Qasımov UNEC tələbələri ilə görüşüb.

“Tehsil365” xəbər verir ki, görüşdə tələbələrə “Ümumi idarəetmə” mövzusunda maraqlı təqdimatla çıxış edən Cəlal Qasımov gənclərə uğurun formalaşmasında mühüm rol oynayan amillər, karyera seçimi, qərarvermə, liderlik və şəxsi inkişafla bağlı fikirlərini və təcrübəsini  bölüşüb.

 Zamanın insanın əsas resurslarından olduğunu bildirən Cəlal Qasımov gəncləri vaxtlarından səmərəli istifadə etməyə, özlərinə və gələcəklərinə investisiya qoymağa çağırıb. Həmçinin karyera seçimində yalnız gəliri deyil, həmin işin insanın inkişafına necə təsir edəcəyini də nəzərə almağın vacibliyini vurğulayıb.

Cəlal Qasımov düzgün qərarların qəbul edilməsində məlumatlı olmağın və alternativləri qiymətləndirməyin əhəmiyyətindən də danışıb. O, müasir dövrdə seçim imkanlarının artdığını qeyd edərək, gənclərə qərar verərkən məqsədləri, mümkün nəticələri və riskləri birlikdə nəzərə almağı tövsiyə edib.

Təqdimatda liderlik və komanda idarəçiliyi məsələlərinə də toxunulub. Qeyd edilib ki, liderin vəzifəsi yalnız güclü insanları bir araya gətirmək deyil, onların fərqli bacarıq və düşüncələrini vahid məqsəd ətrafında birləşdirmək, düzgün koordinasiya etmək və zəruri hallarda prioritetlər arasında seçim edə bilməkdir. Cəlal Qasımov bilik və təcrübənin vəhdətinin uğurlu komandanın formalaşmasında mühüm rol oynadığını bildirib.

Gənclərin işə qəbul prosesindən söz açan Cəlal Qasımov gənclərə müsahibə zamanı səmimi və özünəinamlı olmağı tövsiyə edib. O, müsahibədən mənfi nəticə aldıqda ruhdan düşməməyi, hər uğursuzluğu öz inkişafları üçün bir təcrübə kimi dəyərləndirməyi tövsiyə edib.

Tələbələrin böyük maraqla dinlədikləri təqdimatdan sonra Cəlal Qasımov ona ünvanlanan sualları cavablandırıb.

Görüşün sonunda UNEC rektoru professor Ədalət Muradov Cəlal Qasımova “UNEC tələbələrinin peşəkar inkişafına verdiyi töhfəyə görə” təşəkkür plaketi təqdim edib.

UNEC-ə səfər çərçivəsində Cəlal Qasımov UNEC-in şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucaldılmış abidə kompeksini ziyarət edib. Həmçinin 24/7 kitabxana, Ekstern Mərkəzi, Bloomberg laboratoriyası, imtahan zalı, Karyera Mərkəzi ilə tanış olub.

Asyat Abdurahmanova

Xəbər Lenti

BDU-da "Clarivate Günləri" keçirilib07.10.2026 - 19:08
BDU-da Əmək Günü qeyd olundu07.10.2026 - 19:04
Baxçakürd məktəbində müşavirə kecirilib07.10.2026 - 18:55
Bakıda İncəsənət Həftəsonu olacaq07.10.2026 - 18:48
Azərbaycan kitabları Berlində nümayiş olundu07.10.2026 - 18:42
BMU ilə Özbəkistanın Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq genişlənir07.10.2026 - 18:31
8 tacikistanlı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq07.10.2026 - 18:23
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək07.10.2026 - 18:15
Litva və Azərbaycan Universitetləri birgə əməkdaşlıq edir07.10.2026 - 17:59
“Azərbaycan tarixşünaslığında monqollar dövrü” adlı yeni monoqrafiya nəşr olunub07.10.2026 - 17:52
AMEA-da Kəlağayım millidir, butalıdır, güllüdür” adlı elmi sessiya keçirilib.07.10.2026 - 17:48
Edinburq və Kembric universitetlərinin alimləri Katex kəndində tədqiqat aparıblar07.10.2026 - 17:44
AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq07.10.2026 - 17:31
Şəkidə “Şinel” tamaşası təqdim olundu07.10.2026 - 17:27
Nazir: “Güclü siyasi etimad real regional dayanıqlılıq və qarşılıqlı əlaqəliliyə çevrilir.”07.10.2026 - 17:15
Fərid Kazımov: “Xaricdə yaşayan gənc mütəxəssislərə Azərbaycanın imkanları geniş təqdim olunmalıdır “MÜSAHİBƏ07.10.2026 - 16:52
Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub07.10.2026 - 15:32
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib07.10.2026 - 14:54
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir07.10.2026 - 14:48
“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır07.10.2026 - 14:42
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək07.10.2026 - 14:38
Həsən Həsənli Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb07.10.2026 - 14:34
ADNSU-da startapçılar üçün emosional intellekt təlimi keçirilib07.10.2026 - 14:31
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb07.10.2026 - 14:28
Azərbaycanda orta təhsillilərin sayında AZALMA var07.10.2026 - 14:20
İmtahan stressi şagird və tələbələrin sağlamlığına necə təsir edir? – Nevroloq AÇIQLADI07.10.2026 - 14:04
Qarabağ Universiteyində fəaliyyət göstərən əncəbi müəllimlərlə görüş keçirilib07.10.2026 - 14:03
ADPU-da Təhsil Şurası İctimai Birliyinin iclası keçirilib07.10.2026 - 13:56
Bakı Dövlət Universitetində “Clarivate Günləri”07.10.2026 - 13:14
BDU-da beynəlxalq təbiəti mühafizə təşkilatı olan DEFEND-in nümayəndələri ilə görüş07.10.2026 - 13:07
Müəllimlərin işini asanlaşdıran SÜNİ İNTELLEKT alətləri07.10.2026 - 13:02
Məktəblilərimizdən beynəlxalq qalibiyyət07.10.2026 - 12:57
Sabah Bakıda hava yağmursuz olacaq07.10.2026 - 12:53
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək07.10.2026 - 12:50
Mükafat və maaş əlavələri ilə bağlı tarix dəyişdirildi07.10.2026 - 12:45
Tacikistanlı 8 tələbə Azərbaycanın ali məktəblərində təhsil alacaq07.10.2026 - 12:41
Bakı məktəblərində yeni ekoloji layihə07.10.2026 - 12:39
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb07.10.2026 - 12:36
Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib07.10.2026 - 12:34
Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair forum keçirilib07.10.2026 - 12:30
Ziya Səlcuq təhsil işçiləri üçün ölkəmizdə ustad dərsi keçdi07.10.2026 - 12:27
Uşağın qanında psixotrop maddə aşkarlandığı iddia olunan bağçanın müdiri işdən çıxarılıb07.10.2026 - 12:20
Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib07.10.2026 - 12:16
Litva səfiri: Hazırda Litvada 400 azərbaycanlı təhsil alır07.10.2026 - 12:12
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib07.10.2026 - 10:44
Fəridə Musəvi: " həyəcan uğur yox uğursuzluqdur" 07.10.2026 - 10:40
Avropa İttifaqı - Gürcüstan münasibətləri gərginləşir07.10.2026 - 10:29