Oktyabrın 8-dən 12-dək Bakı şəhəri beynəlxalq Argentina tanqosu festivalına - "Baku Tango Marathon 2026"ya ev sahibliyi edəcək.
“Tehsil365” “AZƏRTAC” a xəbər verir ki, beş gün davam edəcək bu möhtəşəm tədbir dünyanın müxtəlif ölkələrindən rəqqasları, müəllimləri, DJ-ləri və tanqo sevərləri “Landmark Hotel Baku”da bir araya gətirəcək.
Tədbirdə İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, İsrail, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrdən olan qonaqlar iştirak edəcəklər. Proqram çərçivəsində sosial rəqs gecələri ilə yanaşı, xarici iştirakçılar üçün Bakının zəngin tarixi, memarlığı və mədəni irsi ilə tanışlıq məqsədilə şəhər ekskursiyası da təşkil olunacaq.
Tədbirin əsas təşkilatçısı peşəkar Argentina tanqosu təlimatçısı, "In Tango School"un rəhbəri və beynəlxalq tanqo DJ-i İlham Osmanovdur. "Baku Tango Marathon 2026" tədbirinin sponsorları sırasına “G-STONE GALLERY”, “NESSCO, Mercy Baku” və Argentinanın Azərbaycandakı səfirliyi daxildir.

