Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının yeni tədris ilində ilk iclası keçirilib.
“Tehsil365” xəbər verir ki, bu barədə AzTU-dan AzTU-dan “AZƏRTAC” -a bildirilib ki, iclasda Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə və Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında etdiyi çıxışlardan irəli gələn məsələlər müzakirə olunub. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair AzTU-da xüsusi proqramın hazırlanması qərara alınıb.
“SABAH.city” innovasiya şəhərciyində AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzinin yaradılması barədə qərar qəbul edilib. Mərkəzin fəaliyyəti süni intellektəsaslı kibertəhlükəsizlik və müdafiə texnologiyaları sahəsində fundamental və tətbiqi tədqiqatların aparılmasına, universitet-sənaye tərəfdaşlığının gücləndirilməsinə, həmçinin sənaye ehtiyacları üçün innovativ həllərin yaradılmasına və xidmətlərin göstərilməsinə yönələcək.

