Təhsil 365 - Logo Mobile

“Azərbaycan tarixşünaslığında monqollar dövrü” adlı yeni monoqrafiya nəşr olunub

8807.10.2026 - 17:52
“Azərbaycan tarixşünaslığında monqollar dövrü” adlı yeni monoqrafiya nəşr olunub

Azərbaycan tarixinin mühüm mərhələlərindən biri olan monqollar dövrünün araşdırılmasına həsr olunmuş yeni elmi əsər nəşr olunub. AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının qərarı ilə “Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII–XIV əsrlər)” adlı monoqrafiya işıq üzü görüb. Tədqiqat əsərində həmin dövrün siyasi, sosial-mədəni, hüquqi və iqtisadi prosesləri, eləcə də tarixi mənbələr geniş şəkildə təhlil edilib.

“Tehsil365”xəbər verir ki, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının qərarı ilə "Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII–XIV əsrlər)" monoqrafiyası işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyanın rəyçisi və elmi redaktoru akademik Nərgiz Axundova, redaktoru Aynurə Kərimovadır. Tədqiqat əsərinin "Monqol dövrü tarixşünaslığının başlıca problemləri və təsviri" adlı birinci hissəsi tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, "Monqol imperiyası dövründə Azərbaycanda elm və mədəniyyət (XIII-XIV əsrlər)" adlı ikinci hissəsi professor Məryəm Seyidbəyli, "Monqol istilaları ərəfəsində və Elxanilər dövründə Azərbaycanda sosial-mənəvi həyat" adlı üçüncü hissəsi Elxan Quliyev, "Monqol imperiyası dövründə Azərbaycanda hüquq sistemi" adlı dördüncü hissəsi Zaur Məmmədov, "Monqol imperiyası dövrünün yazıları" adlı beşinci hissəsi Solmaz Namazova, "Monqol imperiyası dövründə İpək yolu və ticarət" adlı altıncı hissəsi Röya Mirzəbəyova, "Monqol istilaları dövründə Azərbaycanın ərəb və fars mənbələrində təsviri" adlı yeddinci hissəsi Novruz Nuriyev tərəfindən hazırlanıb.

Əsərdə Monqol imperiyası dövründə Azərbaycanda elm və mədəniyyət, hüquq sistemi, monqol istilaları dövründə mənəvi həyat, eləcə də digər mühüm tarixşünaslıq məsələləri geniş şəkildə araşdırılıb. Həmçinin XIII əsrdə Azərbaycanda baş verən etnik proseslər və dini görüşlər, Monqol imperiyası dövrünün yazıları, bu dövrün Azərbaycan iqtisadiyyatının tarixi vəziyyəti (Böyük İpək yolu və ticarət), habelə monqol istilalarına dair ərəb və farsdilli tarixi qaynaqların Azərbaycan tarixşünaslığındakı əhəmiyyəti də təhlil edilib. Monoqrafiyanın tərtibi zamanı orta əsrlər dövrü əlyazma qaynaqları və müxtəlif dillərdə mövcud olan qədim və müasir mənbələrdən geniş istifadə olunub.

Monoqrafiya Azərbaycan və Şərq tarixşünaslığı ilə məşğul olan mütəxəssislər və tarixin tədrisini həyata keçirən elmi müəssisələr tərəfindən elmi mənbə kimi istifadə oluna bilər.

Ayətil Quliyeva

Xəbər Lenti

BDU-da "Clarivate Günləri" keçirilib07.10.2026 - 19:08
BDU-da Əmək Günü qeyd olundu07.10.2026 - 19:04
Baxçakürd məktəbində müşavirə kecirilib07.10.2026 - 18:55
Bakıda İncəsənət Həftəsonu olacaq07.10.2026 - 18:48
Azərbaycan kitabları Berlində nümayiş olundu07.10.2026 - 18:42
BMU ilə Özbəkistanın Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq genişlənir07.10.2026 - 18:31
8 tacikistanlı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq07.10.2026 - 18:23
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək07.10.2026 - 18:15
Litva və Azərbaycan Universitetləri birgə əməkdaşlıq edir07.10.2026 - 17:59
AMEA-da Kəlağayım millidir, butalıdır, güllüdür” adlı elmi sessiya keçirilib.07.10.2026 - 17:48
Edinburq və Kembric universitetlərinin alimləri Katex kəndində tədqiqat aparıblar07.10.2026 - 17:44
AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq07.10.2026 - 17:31
Şəkidə “Şinel” tamaşası təqdim olundu07.10.2026 - 17:27
Nazir: “Güclü siyasi etimad real regional dayanıqlılıq və qarşılıqlı əlaqəliliyə çevrilir.”07.10.2026 - 17:15
Fərid Kazımov: “Xaricdə yaşayan gənc mütəxəssislərə Azərbaycanın imkanları geniş təqdim olunmalıdır “MÜSAHİBƏ07.10.2026 - 16:52
Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub07.10.2026 - 15:32
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib07.10.2026 - 14:54
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir07.10.2026 - 14:48
“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır07.10.2026 - 14:42
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək07.10.2026 - 14:38
Həsən Həsənli Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb07.10.2026 - 14:34
ADNSU-da startapçılar üçün emosional intellekt təlimi keçirilib07.10.2026 - 14:31
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb07.10.2026 - 14:28
UNEC tələbələrinə master-klass keçilib07.10.2026 - 14:23
Azərbaycanda orta təhsillilərin sayında AZALMA var07.10.2026 - 14:20
İmtahan stressi şagird və tələbələrin sağlamlığına necə təsir edir? – Nevroloq AÇIQLADI07.10.2026 - 14:04
Qarabağ Universiteyində fəaliyyət göstərən əncəbi müəllimlərlə görüş keçirilib07.10.2026 - 14:03
ADPU-da Təhsil Şurası İctimai Birliyinin iclası keçirilib07.10.2026 - 13:56
Bakı Dövlət Universitetində “Clarivate Günləri”07.10.2026 - 13:14
BDU-da beynəlxalq təbiəti mühafizə təşkilatı olan DEFEND-in nümayəndələri ilə görüş07.10.2026 - 13:07
Müəllimlərin işini asanlaşdıran SÜNİ İNTELLEKT alətləri07.10.2026 - 13:02
Məktəblilərimizdən beynəlxalq qalibiyyət07.10.2026 - 12:57
Sabah Bakıda hava yağmursuz olacaq07.10.2026 - 12:53
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək07.10.2026 - 12:50
Mükafat və maaş əlavələri ilə bağlı tarix dəyişdirildi07.10.2026 - 12:45
Tacikistanlı 8 tələbə Azərbaycanın ali məktəblərində təhsil alacaq07.10.2026 - 12:41
Bakı məktəblərində yeni ekoloji layihə07.10.2026 - 12:39
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb07.10.2026 - 12:36
Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib07.10.2026 - 12:34
Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair forum keçirilib07.10.2026 - 12:30
Ziya Səlcuq təhsil işçiləri üçün ölkəmizdə ustad dərsi keçdi07.10.2026 - 12:27
Uşağın qanında psixotrop maddə aşkarlandığı iddia olunan bağçanın müdiri işdən çıxarılıb07.10.2026 - 12:20
Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib07.10.2026 - 12:16
Litva səfiri: Hazırda Litvada 400 azərbaycanlı təhsil alır07.10.2026 - 12:12
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib07.10.2026 - 10:44
Fəridə Musəvi: " həyəcan uğur yox uğursuzluqdur" 07.10.2026 - 10:40
Avropa İttifaqı - Gürcüstan münasibətləri gərginləşir07.10.2026 - 10:29