Litva və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus iki ölkə arasında gəncləri və təhsil müəssisələrini birləşdirən əlaqələrin əhəmiyyətini vurğulayıb.
“Tehsil365” xəbər verir ki, bu sözləri Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus "Avropada Təhsil” sərgisinə həsr olunan brifinqdə söyləyib.
O bildirib ki, təhsil Litvanın transformasiyasında mühüm rol oynayıb. Biz bu təcrübəni Azərbaycanla bölüşmək istərdik. Bu əməkdaşlıq həm tələbə və universitet mübadilələrini, həm də hökumətlərarası anlaşmaları və beynəlxalq əməkdaşlıq sazişlərini əhatə edə bilər.
Səfir qeyd edib ki, Litva universitetləri Azərbaycan universitetləri ilə sıx əməkdaşlıq edir. Məsələn, Vytautas Magnus Universiteti ADA Universitetinin ilk tərəfdaşlarından biri olub.

