2 oktyabr tarixində T.Abbasov adına Baxçakürd kənd tam orta məktəbində direktoryanı müşavirə keçirilib.
“Tehsil365”xəbər verir ki, məktəbin direktoru Lalə Əliyevanın təşkilatçılığı ilə keçirilən müşavirədə həftə ərzində dinlənilən dərslərin nəticələri müzakirə olunub.
Müşavirə zamanı keçirilən dərslərin təşkili, tədrisin keyfiyyəti və müşahidə olunan məqamlarla bağlı fikir mübadiləsi aparılıb. Müvafiq məsələlər ətrafında müzakirələr keçirilərək qarşıda duran vəzifələr müəyyənləşdirilib.

