Bakı Dövlət Universitetində (BDU) alim və tədqiqatçılar üçün "Clarivate Günləri" təlimi keçirilib.
“Tehsil365”xəbər verir ki, təlim Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, "Clarivate" şirkəti və BDU-nun birgə təşkilatçılığı ilə olub.
Təlimdə "Clarivate" şirkətinin nümayəndələri Xəyalə Hacıyeva və Handan İliç çıxış ediblər. Onlar "Web of Science" və "ProQuest Central" platformalarının imkanları, elmi axtarış və tədqiqatların planlaşdırılması barədə məlumat veriblər.
İştirakçılara platformalardan istifadə qaydaları göstərilib, süni intellektin elmi işlərdə rolu izah olunub.
Təlimin məqsədi BDU əməkdaşlarının beynəlxalq resurslardan istifadə bacarığını artırmaq və elmi işlərin keyfiyyətini yüksəltməkdir.

