Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub.
“Tehsil365“ Report-a istinadən xəbər verir ki, builki mükafata kanadalı şair, esseist və yazıçı Enn Karson (Anne Carson) layiq görülüb.
O bu mükafata klassik ədəbiyyat ənənələrindən yaradıcı şəkildə istifadə edərək müasir ədəbiyyata yeni, fərqli formalar qazandıran cəsarətli və yenilikçi yaradıcılığına görə layiq görülüb.
Məlumat üçün bildirək ki, Enn Karson 1950-ci ildə Kanadanın Toronto şəhərində doğulub.
Yaradıcılığında şeir və esse janrı, eləcə də tərcüməçilik fəaliyyəti üstünlük təşkil edir.
Müəllif gənc yaşlarından qədim yunan dilinə maraq göstərib və Şotlandiyanın Sent-Endryus Universitetində sözügedən dili öyrənib. O həmçinin antik ədəbiyyat tədqiqatçısı və professordur. ABŞ və Kanadanın nüfuzlu universitetlərində, o cümlədən Prinston, Nyu-York və Miçiqan universitetlərində dərs deyib.
E.Karsona şöhrət gətirən əsərlərindən biri "Autobiography of Red" ("Qırmızının avtobioqrafiyası") əsəridir ki, məhz bu əsərdə o, qədim yunan mifologiyasındakı bir hekayəni götürüb onu müasir dövrə uyğun şəkildə yenidən yazıb.

