Təhsil 365 - Logo Mobile

BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub

11708.10.2026 - 13:05
BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Corc Vaşinqton Universiteti (The George Washington University – GWU) arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsilin idarə edilməsi istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan tələbələrlə görüşüb.

Universitetdən “Tehsil365”ə bildirilib ki, görüş zamanı ali təhsilin inkişafı, təhsilin idarə edilməsində müasir yanaşmalar, universitetlərin strateji inkişaf prioritetləri, elmi-tədqiqat fəaliyyətinin təşviqi və beynəlxalq akademik əməkdaşlığın əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.

BDU-nun rektoru Elçin Babayev universitetin fəaliyyəti, təhsil və elmi-tədqiqat sahələrində əldə olunan nəticələr, beynəlxalq əlaqələrin genişləndirilməsi, elmi potensialın gücləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə tələbələrə ətraflı məlumat verib. O, həmçinin müasir universitetlərin qarşısında duran əsas çağırışlara, ali təhsil müəssisələrinin beynəlxalq akademik məkanda mövqeyinin gücləndirilməsinə və institusional inkişafda strateji idarəetmənin roluna toxunub.

İnteraktiv şəraitdə keçən görüşdə tələbələr onları maraqlandıran sualları rektora ünvanlayıb, ali təhsilin inkişafı və universitetlərin idarə olunması ilə bağlı məsələlər ətrafında müzakirələrdə iştirak ediblər. Elçin Babayev tələbələrin suallarını cavablandırıb, onların fikir və mülahizələrini dinləyib, müvafiq istiqamətlər üzrə öz təcrübəsini bölüşüb.

Görüş tələbələrin ali təhsil müəssisələrinin idarə edilməsinə dair nəzəri biliklərini praktiki təcrübə ilə əlaqələndirməsi, universitet rəhbərliyinin strateji baxışları ilə tanış olması və müasir ali təhsil sisteminin inkişaf perspektivlərini daha dərindən dərk etməsi baxımından əhəmiyyətli olub.

Nilay Hüseynli

Xəbər Lenti

Bakıda “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” Seminarı keçirildi08.10.2026 - 18:00
Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalında çıxış edib08.10.2026 - 17:48
Gəncədə Nizami Gəncəvinin 885 illiyinə həsr olunan forumda mədəni irsin qorunması müzakirə edilib08.10.2026 - 17:43
Naxçıvanda yeni investisiya layihələri müzakirə olunub08.10.2026 - 17:35
Azərbaycanın Kitab Mədəniyyəti Beynəlxalq Sərgidə təqdim olundu08.10.2026 - 17:24
Kimya İnstitutunda azot əsaslı polimerlər və metal nanohissəciklərin qarşılıqlı təsiri araşdırılıb08.10.2026 - 15:31
Azərbaycan Milli İncəsənət Muzeyində fotoqraf Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı ilk fərdi fotosərgisi açılıb.08.10.2026 - 15:17
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq08.10.2026 - 14:55
Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb08.10.2026 - 14:46
“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr08.10.2026 - 14:43
Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”08.10.2026 - 14:41
“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub08.10.2026 - 14:38
LDU-nun Elmi şurasında yeni islahatlar müzakirə olunub08.10.2026 - 14:32
Yeni nəsil dərsliklərlə bağlı canlı vebinarlar keçiriləcək08.10.2026 - 14:28
DİM bu şəxslərə müraciət elədi08.10.2026 - 14:24
Erkən yaşda smartfon istifadəsi qidalanma pozuntusu riskini artırır08.10.2026 - 14:20
BMU-da “4Sİ Akademiyası” üzrə məlumat sessiyası08.10.2026 - 14:17
Bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarıldı08.10.2026 - 13:59
Noyabrda 11 gün iş olmayacaq 08.10.2026 - 13:58
Qarabağ Universitetinin tələbəsindən qlobal uğur08.10.2026 - 13:55
Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib08.10.2026 - 13:54
BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”08.10.2026 - 13:22
Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda çıxış edib08.10.2026 - 13:15
Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb08.10.2026 - 13:12
DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar08.10.2026 - 13:09
Bakı Avrasiya Universitetinin nümayəndə heyəti Bakı Slavyan Universitetində olub.08.10.2026 - 12:37
"Dayanıqlı inkişaf siyasəti" dərsliyi təqdim olunub08.10.2026 - 12:27
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum oldu08.10.2026 - 11:24
Ölkənin bəzi rayonlarına leysan yağacaq, dolu düşəcək08.10.2026 - 09:44
Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir08.10.2026 - 09:40
Məktəblərdə “Yaşıl layihə”proqramı həyata keçirilir07.10.2026 - 19:59
Kimya İnstitutunda makromolekullar kimyası ixtisası üzrə dissertasiya müdafiə olunub07.10.2026 - 19:58
NDU-da yeni dərs vəsaiti07.10.2026 - 19:50
Əli Ələkbərov: “Geyim qaydaları bütün şagirdlərə eyni prinsiplərlə tətbiq olunmalıdır”07.10.2026 - 19:40
BDU-da "Clarivate Günləri" keçirilib07.10.2026 - 19:08
BDU-da Əmək Günü qeyd olundu07.10.2026 - 19:04
Baxçakürd məktəbində müşavirə kecirilib07.10.2026 - 18:55
Bakıda İncəsənət Həftəsonu olacaq07.10.2026 - 18:48
Azərbaycan kitabları Berlində nümayiş olundu07.10.2026 - 18:42
BMU ilə Özbəkistanın Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq genişlənir07.10.2026 - 18:31
8 tacikistanlı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq07.10.2026 - 18:23
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək07.10.2026 - 18:15
Litva və Azərbaycan Universitetləri birgə əməkdaşlıq edir07.10.2026 - 17:59
“Azərbaycan tarixşünaslığında monqollar dövrü” adlı yeni monoqrafiya nəşr olunub07.10.2026 - 17:52
AMEA-da Kəlağayım millidir, butalıdır, güllüdür” adlı elmi sessiya keçirilib.07.10.2026 - 17:48
Edinburq və Kembric universitetlərinin alimləri Katex kəndində tədqiqat aparıblar07.10.2026 - 17:44
AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq07.10.2026 - 17:31