Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmasında yol verdiyi nöqsanlara görə bağçanın müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
“Tehsil365” xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təlim-tərbiyə müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, sağlam işgüzar mühitin təmin olunması əsas prioritetlərdəndir. Yol verilən nöqsanlara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.

