Təhsil 365 - Logo Mobile

BMU-da “4Sİ Akademiyası” üzrə məlumat sessiyası

8408.10.2026 - 14:17
BMU-da “4Sİ Akademiyası” üzrə məlumat sessiyası

Bakı Mühəndislik Universitetində (BMU) “4Sİ Akademiyası – Milli Proqram” layihəsinə həsr olunan məlumat sessiyası keçirilib.

“Tehsil365”xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və “Coursera” şirkətinin birgə həyata keçirdiyi proqram tələbələrin rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də beynəlxalq təlim imkanlarından yararlanmalarının təşviqinə xidmət edir.

Açiliş nitqində BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağasi Məlikov sənaye inqilablarının həyatımıza və təhsil sisteminə təsirindən danışıb. O, “Milli Proqram”ın üstünlüklərini diqqətə çatdıraraq platforma vasitəsilə tələbələrin nüfuzlu alimlərin və aparıcı texnologiya şirkətləri mütəxəssislərinin mühazirələrini dinləmək, müasir bilik və bacarıqlara yiyələnmək imkanı qazandıqlarını bildirib.

Prorektor proqram çərçivəsində BMU-nun əldə etdiyi nəticələri də qeyd edib. Universitetin müxtəlif mərhələlər üzrə iştirakçı və tamamlanmış kurs sayına görə ölkə universitetləri arasında yüksək göstəricilər nümayiş etdirdiyini vurğulayan Ağasi Məlikov bu cür imkanların tələbələrin gələcəyinə qoyulan investisiya olduğunu deyib. 

Daha sonra çıxış edən 4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva proqramın üç ildir həyata keçirildiyini və əsas məqsədin insan kapitalının inkişafı olduğunu bildirib. O, gələcəyin peşələrinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalara toxunaraq, bu prosesdə dövlətin, universitetlərin və işəgötürənlərin üzərinə düşən vəzifələrin əhəmiyyətini vurğulayıb.

Xəyalə Fətullayeva müasir dünyanın tələblərinə uyğunlaşmağın və rəqəmsal bacarıqlara yiyələnməyin əmək bazarında rəqabətqabiliyyətliliyin artırılması baxımından vacib olduğunu qeyd edib. Bildirib ki, texnoloji dəyişikliklər və avtomatlaşdırma bəzi peşələrə tələbatı azaltsa da, yeni ixtisasların və iş imkanlarının yaranmasına da şərait yaradır. Bu baxımdan, süni intellektdən və rəqəmsal texnologiya alətlərindən istifadə bacarıqları gələcəyin əmək bazarında uğur qazanmaq üçün mühüm amillərdən biridir.

Sessiyada 4SİM-in data analitiki Aytən Ağayeva və Rəqəmsal iqtisadiyyat şöbəsinin mütəxəssisi Tural Qurbanlı da çıxış ediblər. Onlar proqramın məqsəd və imkanları, əsas kurs istiqamətləri, süni intellektəsaslı “Coursera AI Assistant” funksiyası, “Rəqəmsal nişan” sistemi, eləcə də cari mərhələyə qoşulma və qeydiyyat qaydaları barədə məlumat veriblər.

Çıxışlar zamanı proqram çərçivəsində BMU-nun bəzi iştirak göstəriciləri də diqqətə çatdırılıb. Qeyd edilib ki, 3-cü mərhələdə (22 iyun – 14 sentyabr) BMU ölkə universitetləri arasında iştirakçı sayına görə 7-ci, bitirilmiş kurs sayına görə 8-ci olub. İkinci mərhələdə isə (1 aprel 2025-1, aprel 2026) ) iştirakçı sayına görə 6-cı, bitirilmiş kurs sayına görə 1-ci olub.  

Tədbirin sonunda tələbələrlə interaktiv sorğu təşkil olunub və qaliblərə mükafatlar verilib.

Asyat Abdurahmanova

Xəbər Lenti

Bakıda “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” Seminarı keçirildi08.10.2026 - 18:00
Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalında çıxış edib08.10.2026 - 17:48
Gəncədə Nizami Gəncəvinin 885 illiyinə həsr olunan forumda mədəni irsin qorunması müzakirə edilib08.10.2026 - 17:43
Naxçıvanda yeni investisiya layihələri müzakirə olunub08.10.2026 - 17:35
Azərbaycanın Kitab Mədəniyyəti Beynəlxalq Sərgidə təqdim olundu08.10.2026 - 17:24
Kimya İnstitutunda azot əsaslı polimerlər və metal nanohissəciklərin qarşılıqlı təsiri araşdırılıb08.10.2026 - 15:31
Azərbaycan Milli İncəsənət Muzeyində fotoqraf Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı ilk fərdi fotosərgisi açılıb.08.10.2026 - 15:17
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq08.10.2026 - 14:55
Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb08.10.2026 - 14:46
“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr08.10.2026 - 14:43
Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”08.10.2026 - 14:41
“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub08.10.2026 - 14:38
LDU-nun Elmi şurasında yeni islahatlar müzakirə olunub08.10.2026 - 14:32
Yeni nəsil dərsliklərlə bağlı canlı vebinarlar keçiriləcək08.10.2026 - 14:28
DİM bu şəxslərə müraciət elədi08.10.2026 - 14:24
Erkən yaşda smartfon istifadəsi qidalanma pozuntusu riskini artırır08.10.2026 - 14:20
Bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarıldı08.10.2026 - 13:59
Noyabrda 11 gün iş olmayacaq 08.10.2026 - 13:58
Qarabağ Universitetinin tələbəsindən qlobal uğur08.10.2026 - 13:55
Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib08.10.2026 - 13:54
BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”08.10.2026 - 13:22
Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda çıxış edib08.10.2026 - 13:15
Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb08.10.2026 - 13:12
DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar08.10.2026 - 13:09
BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub08.10.2026 - 13:05
Bakı Avrasiya Universitetinin nümayəndə heyəti Bakı Slavyan Universitetində olub.08.10.2026 - 12:37
"Dayanıqlı inkişaf siyasəti" dərsliyi təqdim olunub08.10.2026 - 12:27
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum oldu08.10.2026 - 11:24
Ölkənin bəzi rayonlarına leysan yağacaq, dolu düşəcək08.10.2026 - 09:44
Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir08.10.2026 - 09:40
Məktəblərdə “Yaşıl layihə”proqramı həyata keçirilir07.10.2026 - 19:59
Kimya İnstitutunda makromolekullar kimyası ixtisası üzrə dissertasiya müdafiə olunub07.10.2026 - 19:58
NDU-da yeni dərs vəsaiti07.10.2026 - 19:50
Əli Ələkbərov: “Geyim qaydaları bütün şagirdlərə eyni prinsiplərlə tətbiq olunmalıdır”07.10.2026 - 19:40
BDU-da "Clarivate Günləri" keçirilib07.10.2026 - 19:08
BDU-da Əmək Günü qeyd olundu07.10.2026 - 19:04
Baxçakürd məktəbində müşavirə kecirilib07.10.2026 - 18:55
Bakıda İncəsənət Həftəsonu olacaq07.10.2026 - 18:48
Azərbaycan kitabları Berlində nümayiş olundu07.10.2026 - 18:42
BMU ilə Özbəkistanın Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq genişlənir07.10.2026 - 18:31
8 tacikistanlı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq07.10.2026 - 18:23
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək07.10.2026 - 18:15
Litva və Azərbaycan Universitetləri birgə əməkdaşlıq edir07.10.2026 - 17:59
“Azərbaycan tarixşünaslığında monqollar dövrü” adlı yeni monoqrafiya nəşr olunub07.10.2026 - 17:52
AMEA-da Kəlağayım millidir, butalıdır, güllüdür” adlı elmi sessiya keçirilib.07.10.2026 - 17:48
Edinburq və Kembric universitetlərinin alimləri Katex kəndində tədqiqat aparıblar07.10.2026 - 17:44
AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq07.10.2026 - 17:31