Təhsil 365 - Logo Mobile

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

8508.10.2026 - 14:41
Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” adlı silsilə seminarlardan ibarət layihəsi davam edir.

Oktyabrın 8-də Azərbaycan Milli Kitabxanasında layihə üzrə növbəti seminar keçirilib.

“Tehsil365” xəbər verir ki, MEMİM-dən “AZƏRTAC”a bildirilib ki, layihənin budəfəki qonağı Xalq şairi, tanınmış ictimai-siyasi xadim Sabir Rüstəmxanlı olub.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Sabir Rüstəmxanlının öz yaradıcılığı ilə Azərbaycanda ədəbi-ictimai fikrin inkişafına mühüm töhfələr verdiyini deyib. K.Tahirov Xalq şairini Azərbaycan dilinin həqiqi təəssübkeşlərindən biri kimi səciyyələndirib.

MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov Sabir Rüstəmxanlını 80 illik yubileyi və dövlət başçısının Sərəncamı ilə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib, xoş arzularını bildirib.

V.Hümbətov layihənin “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının müvafiq hədəflərinə uyğun olaraq Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsi, mediada dildən düzgün istifadənin təbliğ edilməsi məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında xalqımızın milli mənlik şüurunun formalaşmasında və tarixi yaddaşının qorunmasında ana dilimizin müstəsna rol oynadığını deyib. Mədəniyyət konsepsiyasında Azərbaycan dilinə və ədəbiyyatına xüsusi yer verilməsinin əhəmiyyətini yüksək qiymətləndirən ədib qloballaşmanın çox sürətlə getdiyi bir vaxtda ana dilinin və digər mədəniyyət dəyərlərinin qorunmasının zəruriliyini qeyd edib.

Sonra Sabir Rüstəmxanlı auditoriyanın suallarını cavablandırıb.

Şairin yaradıcılığına həsr olunan “Dil, kimlik, Vətən” kitabının müəllifi Şəhla Aslan layihənin əhəmiyyətini vurğulayıb, təşkilatçılara minnətdarlığını bildirib.

Tədbirdə aşıq Əli Zeynalabdinov və Beynəlxalq Muğam Mərkəzinin solisti, xanəndə Hüseyn Məlikovun iştirakı ilə muğam üçlüyünün (tarda Valeh Allahverdiyev, kamançada Orxan Hüseynov) ifaları təqdim olunub. Bədii qiraətçi Hüseynağa Aslanov isə Xalq şairinin “Sağ ol, ana dilim” şeirini səsləndirib.

Mərkəzin sektor müdiri Fariz Yunislinin moderatorluğu ilə keçirilən seminarda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələrin ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Sonda MEMİM adından yubileyi münasibətilə Sabir Rüstəmxanlıya xatirə hədiyyəsi təqdim olunub.

Asyat Abdurahmanova

Xəbər Lenti

Bakıda “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” Seminarı keçirildi08.10.2026 - 18:00
Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalında çıxış edib08.10.2026 - 17:48
Gəncədə Nizami Gəncəvinin 885 illiyinə həsr olunan forumda mədəni irsin qorunması müzakirə edilib08.10.2026 - 17:43
Naxçıvanda yeni investisiya layihələri müzakirə olunub08.10.2026 - 17:35
Azərbaycanın Kitab Mədəniyyəti Beynəlxalq Sərgidə təqdim olundu08.10.2026 - 17:24
Kimya İnstitutunda azot əsaslı polimerlər və metal nanohissəciklərin qarşılıqlı təsiri araşdırılıb08.10.2026 - 15:31
Azərbaycan Milli İncəsənət Muzeyində fotoqraf Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı ilk fərdi fotosərgisi açılıb.08.10.2026 - 15:17
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq08.10.2026 - 14:55
Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb08.10.2026 - 14:46
“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr08.10.2026 - 14:43
“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub08.10.2026 - 14:38
LDU-nun Elmi şurasında yeni islahatlar müzakirə olunub08.10.2026 - 14:32
Yeni nəsil dərsliklərlə bağlı canlı vebinarlar keçiriləcək08.10.2026 - 14:28
DİM bu şəxslərə müraciət elədi08.10.2026 - 14:24
Erkən yaşda smartfon istifadəsi qidalanma pozuntusu riskini artırır08.10.2026 - 14:20
BMU-da “4Sİ Akademiyası” üzrə məlumat sessiyası08.10.2026 - 14:17
Bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarıldı08.10.2026 - 13:59
Noyabrda 11 gün iş olmayacaq 08.10.2026 - 13:58
Qarabağ Universitetinin tələbəsindən qlobal uğur08.10.2026 - 13:55
Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib08.10.2026 - 13:54
BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”08.10.2026 - 13:22
Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda çıxış edib08.10.2026 - 13:15
Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb08.10.2026 - 13:12
DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar08.10.2026 - 13:09
BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub08.10.2026 - 13:05
Bakı Avrasiya Universitetinin nümayəndə heyəti Bakı Slavyan Universitetində olub.08.10.2026 - 12:37
"Dayanıqlı inkişaf siyasəti" dərsliyi təqdim olunub08.10.2026 - 12:27
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum oldu08.10.2026 - 11:24
Ölkənin bəzi rayonlarına leysan yağacaq, dolu düşəcək08.10.2026 - 09:44
Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir08.10.2026 - 09:40
Məktəblərdə “Yaşıl layihə”proqramı həyata keçirilir07.10.2026 - 19:59
Kimya İnstitutunda makromolekullar kimyası ixtisası üzrə dissertasiya müdafiə olunub07.10.2026 - 19:58
NDU-da yeni dərs vəsaiti07.10.2026 - 19:50
Əli Ələkbərov: “Geyim qaydaları bütün şagirdlərə eyni prinsiplərlə tətbiq olunmalıdır”07.10.2026 - 19:40
BDU-da "Clarivate Günləri" keçirilib07.10.2026 - 19:08
BDU-da Əmək Günü qeyd olundu07.10.2026 - 19:04
Baxçakürd məktəbində müşavirə kecirilib07.10.2026 - 18:55
Bakıda İncəsənət Həftəsonu olacaq07.10.2026 - 18:48
Azərbaycan kitabları Berlində nümayiş olundu07.10.2026 - 18:42
BMU ilə Özbəkistanın Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq genişlənir07.10.2026 - 18:31
8 tacikistanlı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq07.10.2026 - 18:23
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək07.10.2026 - 18:15
Litva və Azərbaycan Universitetləri birgə əməkdaşlıq edir07.10.2026 - 17:59
“Azərbaycan tarixşünaslığında monqollar dövrü” adlı yeni monoqrafiya nəşr olunub07.10.2026 - 17:52
AMEA-da Kəlağayım millidir, butalıdır, güllüdür” adlı elmi sessiya keçirilib.07.10.2026 - 17:48
Edinburq və Kembric universitetlərinin alimləri Katex kəndində tədqiqat aparıblar07.10.2026 - 17:44
AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq07.10.2026 - 17:31