Təhsil 365 - Logo Mobile

Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalında çıxış edib

19108.10.2026 - 17:48
Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalında çıxış edib

Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı çərçivəsində Azərbaycanın milli mətbəxi, zəngin qastronomiya ənənələri və xalq sənətkarlığı nümunələri nümayiş etdirilib. Festival məkanını ziyarət edən Prezident İlham Əliyev ölkəmizin milli pavilyonu ilə tanış olub.

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində təşkil olunan MDB Ölkələrinin Milli Kulinariya Festivalına baş çəkib.

Festival Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində keçirilən tədbirlər proqramına daxildir. Tədbirdə səkkiz ölkə iştirak edir.

Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon iki hissədən ibarətdir. Pavilyonun kulinariya bölməsində Azərbaycanın milli mətbəxi, zəngin qastronomiya ənənələri, müxtəlif bölgələrə məxsus bitki, meyvə, taxıl, çərəz və digər yerli məhsullar nümayiş etdirilir. Burada, həmçinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan çay mədəniyyəti də ziyarətçilərə təqdim olunur.

Pavilyonun digər hissəsində isə xalçaçılıq, kəlağayıçılıq, misgərlik, ağac üzərində oyma və keramika sənəti nümunələri sərgilənir. Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası əsasında XIX əsr Qarabağ evinin interyeri də burada canlandırılıb.

Tədbir zamanı azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisi və muğam nümunələri səsləndirilib.

Həmin gün Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun adından rəsmi qəbul təşkil olunub və konsert proqramı təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyev qəbulda və konsert proqramında iştirak edib.

Ayətil Quliyeva

Xəbər Lenti

SDU-da memorandum imzalandı08.10.2026 - 19:58
SDU-da dəyirmi masa08.10.2026 - 19:45
Naxçıvanda Sİ Forumu08.10.2026 - 19:40
BDU-da maarifləndirici tədbir08.10.2026 - 19:35
BDU-da elmi seminar08.10.2026 - 19:30
BDU-da vətənpərvərlik görüşü08.10.2026 - 19:15
BDU-da liderlik təlimi keçirildi08.10.2026 - 19:05
BDU-da interaktiv təlim08.10.2026 - 19:00
Kitablar səsli kitaba çevriləcək08.10.2026 - 18:50
Bakıda “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” Seminarı keçirildi08.10.2026 - 18:00
Gəncədə Nizami Gəncəvinin 885 illiyinə həsr olunan forumda mədəni irsin qorunması müzakirə edilib08.10.2026 - 17:43
Naxçıvanda yeni investisiya layihələri müzakirə olunub08.10.2026 - 17:35
Azərbaycanın Kitab Mədəniyyəti Beynəlxalq Sərgidə təqdim olundu08.10.2026 - 17:24
Kimya İnstitutunda azot əsaslı polimerlər və metal nanohissəciklərin qarşılıqlı təsiri araşdırılıb08.10.2026 - 15:31
Azərbaycan Milli İncəsənət Muzeyində fotoqraf Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı ilk fərdi fotosərgisi açılıb.08.10.2026 - 15:17
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq08.10.2026 - 14:55
Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb08.10.2026 - 14:46
“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr08.10.2026 - 14:43
Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”08.10.2026 - 14:41
“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub08.10.2026 - 14:38
LDU-nun Elmi şurasında yeni islahatlar müzakirə olunub08.10.2026 - 14:32
Yeni nəsil dərsliklərlə bağlı canlı vebinarlar keçiriləcək08.10.2026 - 14:28
DİM bu şəxslərə müraciət elədi08.10.2026 - 14:24
Erkən yaşda smartfon istifadəsi qidalanma pozuntusu riskini artırır08.10.2026 - 14:20
BMU-da “4Sİ Akademiyası” üzrə məlumat sessiyası08.10.2026 - 14:17
Bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarıldı08.10.2026 - 13:59
Noyabrda 11 gün iş olmayacaq 08.10.2026 - 13:58
Qarabağ Universitetinin tələbəsindən qlobal uğur08.10.2026 - 13:55
Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib08.10.2026 - 13:54
BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”08.10.2026 - 13:22
Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda çıxış edib08.10.2026 - 13:15
Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb08.10.2026 - 13:12
DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar08.10.2026 - 13:09
BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub08.10.2026 - 13:05
Bakı Avrasiya Universitetinin nümayəndə heyəti Bakı Slavyan Universitetində olub.08.10.2026 - 12:37
"Dayanıqlı inkişaf siyasəti" dərsliyi təqdim olunub08.10.2026 - 12:27
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum oldu08.10.2026 - 11:24
Ölkənin bəzi rayonlarına leysan yağacaq, dolu düşəcək08.10.2026 - 09:44
Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir08.10.2026 - 09:40
Məktəblərdə “Yaşıl layihə”proqramı həyata keçirilir07.10.2026 - 19:59
Kimya İnstitutunda makromolekullar kimyası ixtisası üzrə dissertasiya müdafiə olunub07.10.2026 - 19:58
NDU-da yeni dərs vəsaiti07.10.2026 - 19:50
Əli Ələkbərov: “Geyim qaydaları bütün şagirdlərə eyni prinsiplərlə tətbiq olunmalıdır”07.10.2026 - 19:40
BDU-da "Clarivate Günləri" keçirilib07.10.2026 - 19:08
BDU-da Əmək Günü qeyd olundu07.10.2026 - 19:04
Baxçakürd məktəbində müşavirə kecirilib07.10.2026 - 18:55
Bakıda İncəsənət Həftəsonu olacaq07.10.2026 - 18:48