Təhsil 365 - Logo Mobile

Bakıda “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” Seminarı keçirildi

6808.10.2026 - 18:00
Bakıda “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” Seminarı keçirildi

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” adlı silsilə seminarlardan ibarət layihəsi davam edir.

“Tehsil365” xəbər verir ki, Oktyabrın 8-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi çərçivəsində növbəti seminar keçirilib.

MEMİM-in məlumatına görə, tədbirin qonağı Xalq şairi və ictimai-siyasi xadim Sabir Rüstəmxanlı olub.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında Sabir Rüstəmxanlının yaradıcılığı ilə ölkədə ədəbi-ictimai fikrin inkişafına mühüm töhfələr verdiyini bildirib. O, Xalq şairini Azərbaycan dilinin ən fəal təəssübkeşlərindən biri kimi xarakterizə edib.

MEMİM-in direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov isə Sabir Rüstəmxanlını 80 illik yubileyi və bu ilin may ayında Prezidentin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. O, layihənin “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının hədəflərinə uyğun olaraq Azərbaycan dilinin milli mədəniyyətdəki rolunun gücləndirilməsi və mediada ana dilindən düzgün istifadənin təşviqi məqsədilə həyata keçirildiyini vurğulayıb.

Sabir Rüstəmxanlı çıxışında ana dilinin xalqın milli kimliyinin formalaşması və tarixi yaddaşının qorunmasında mühüm rol oynadığını bildirib. O, qloballaşma dövründə Azərbaycan dilinin və milli-mədəni dəyərlərin qorunmasının vacibliyini qeyd edib.

Seminar çərçivəsində şair iştirakçıların suallarını cavablandırıb. Şairin yaradıcılığına həsr olunmuş “Dil, kimlik, Vətən” kitabının müəllifi Şəhla Aslan layihənin əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində aşıq Əli Zeynalabdinov, Beynəlxalq Muğam Mərkəzinin solisti Hüseyn Məlikov və muğam üçlüyü musiqi nömrələri təqdim ediblər. Bədii qiraətçi Hüseynağa Aslanov isə Sabir Rüstəmxanlının “Sağ ol, ana dilim” şeirini səsləndirib.

Fariz Yunislinin moderatorluğu ilə keçirilən seminarda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbirin sonunda MEMİM adından Sabir Rüstəmxanlıya 80 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim olunub.

Ayətil Quliyeva

Xəbər Lenti

SDU-da memorandum imzalandı08.10.2026 - 19:58
SDU-da dəyirmi masa08.10.2026 - 19:45
Naxçıvanda Sİ Forumu08.10.2026 - 19:40
BDU-da maarifləndirici tədbir08.10.2026 - 19:35
BDU-da elmi seminar08.10.2026 - 19:30
BDU-da vətənpərvərlik görüşü08.10.2026 - 19:15
BDU-da liderlik təlimi keçirildi08.10.2026 - 19:05
BDU-da interaktiv təlim08.10.2026 - 19:00
Kitablar səsli kitaba çevriləcək08.10.2026 - 18:50
Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalında çıxış edib08.10.2026 - 17:48
Gəncədə Nizami Gəncəvinin 885 illiyinə həsr olunan forumda mədəni irsin qorunması müzakirə edilib08.10.2026 - 17:43
Naxçıvanda yeni investisiya layihələri müzakirə olunub08.10.2026 - 17:35
Azərbaycanın Kitab Mədəniyyəti Beynəlxalq Sərgidə təqdim olundu08.10.2026 - 17:24
Kimya İnstitutunda azot əsaslı polimerlər və metal nanohissəciklərin qarşılıqlı təsiri araşdırılıb08.10.2026 - 15:31
Azərbaycan Milli İncəsənət Muzeyində fotoqraf Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı ilk fərdi fotosərgisi açılıb.08.10.2026 - 15:17
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq08.10.2026 - 14:55
Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb08.10.2026 - 14:46
“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr08.10.2026 - 14:43
Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”08.10.2026 - 14:41
“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub08.10.2026 - 14:38
LDU-nun Elmi şurasında yeni islahatlar müzakirə olunub08.10.2026 - 14:32
Yeni nəsil dərsliklərlə bağlı canlı vebinarlar keçiriləcək08.10.2026 - 14:28
DİM bu şəxslərə müraciət elədi08.10.2026 - 14:24
Erkən yaşda smartfon istifadəsi qidalanma pozuntusu riskini artırır08.10.2026 - 14:20
BMU-da “4Sİ Akademiyası” üzrə məlumat sessiyası08.10.2026 - 14:17
Bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarıldı08.10.2026 - 13:59
Noyabrda 11 gün iş olmayacaq 08.10.2026 - 13:58
Qarabağ Universitetinin tələbəsindən qlobal uğur08.10.2026 - 13:55
Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib08.10.2026 - 13:54
BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”08.10.2026 - 13:22
Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda çıxış edib08.10.2026 - 13:15
Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb08.10.2026 - 13:12
DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar08.10.2026 - 13:09
BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub08.10.2026 - 13:05
Bakı Avrasiya Universitetinin nümayəndə heyəti Bakı Slavyan Universitetində olub.08.10.2026 - 12:37
"Dayanıqlı inkişaf siyasəti" dərsliyi təqdim olunub08.10.2026 - 12:27
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum oldu08.10.2026 - 11:24
Ölkənin bəzi rayonlarına leysan yağacaq, dolu düşəcək08.10.2026 - 09:44
Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir08.10.2026 - 09:40
Məktəblərdə “Yaşıl layihə”proqramı həyata keçirilir07.10.2026 - 19:59
Kimya İnstitutunda makromolekullar kimyası ixtisası üzrə dissertasiya müdafiə olunub07.10.2026 - 19:58
NDU-da yeni dərs vəsaiti07.10.2026 - 19:50
Əli Ələkbərov: “Geyim qaydaları bütün şagirdlərə eyni prinsiplərlə tətbiq olunmalıdır”07.10.2026 - 19:40
BDU-da "Clarivate Günləri" keçirilib07.10.2026 - 19:08
BDU-da Əmək Günü qeyd olundu07.10.2026 - 19:04
Baxçakürd məktəbində müşavirə kecirilib07.10.2026 - 18:55
Bakıda İncəsənət Həftəsonu olacaq07.10.2026 - 18:48