Respublika Gözdən Əlillər Kitabxanası “Kitabsevərdən kitabxanaya” adlı yeni təşəbbüsə start verib.
“Tehsil365”xəbər verir ki, təşəbbüsün məqsədi vətəndaşlar tərəfindən bağışlanan nəşrlərin kitabxananın səsyazma studiyasında səsləndirilərək görmə məhdudiyyətli şəxslərin istifadəsinə verilməsidir.
Məlumata görə, bu layihə kitabxananın daha əvvəl həyata keçirdiyi “Könüllü ol, bir kitabı səsə çevir” könüllülük proqramının davamı olaraq həyata keçirilir. Bağışlanan və layihənin məqsədlərinə uyğun hesab edilən kitablar səsli kitab formatına çevriləcək.
Beləliklə, evdə rəfdə qalan bir kitab yeni həyat qazanaraq görmə məhdudiyyətli oxucular üçün əlçatan olacaq.
Hansı kitablar qəbul edilir?
Kitabxana vətəndaşlardan xahiş edir ki, təqdim etdikləri kitablar:
- Səliqəli və oxunaqlı vəziyyətdə olsun;
- Cırılmamış və ciddi zədələnməmiş olsun;
- Məzmun baxımından faydalı olsun.
Üstünlük latın qrafikası ilə nəşr olunmuş kitablara verilir. Bağışlanan bütün nəşrlər kitabxana tərəfindən nəzərdən keçiriləcək.
Təşəbbüsə qoşularaq kitab bağışlayan şəxslərin razılığı ilə onların adı və töhfəsi kitabxananın sosial media hesablarında işıqlandırılacaq.
Təşəbbüsə qoşulmaq istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/xeMaKm6PgiRqm3H38
Əlaqə üçün:
Ünvan: Akademik Həsən Əliyev 298–300
Telefon: 012 564 82 08 / 077 333 78 98

