Bakı Dövlət Universitetində (BDU) professor-müəllim heyəti və struktur bölmələrin əməkdaşları üçün “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək.
“Tehsil365 “xəbər verir ki, təlim BDU-nun Tədris prosesinin idarə olunması şöbəsinin müdiri Fərhad Aydınlı tərəfindən aparılacaq.
Təlimdə müasir ali təhsildə tədrisin təşkili, tələbəyönümlü yanaşmalar və ənənəvi mühazirənin daha interaktiv və effektiv dərs formatına keçirilməsi məsələləri müzakirə olunacaq.
Proqram çərçivəsində qanunvericilikdə tədris prosesinin təşkili, aktiv və interaktiv təlim metodları, tələbələrin dərsə cəlb olunması, problem və situasiya əsaslı öyrənmə, qrup işi və müzakirələrin təşkili kimi məsələlərə toxunulacaq.
Eyni zamanda müxtəlif fənlərin xüsusiyyətlərinə uyğun metod seçimi, böyük auditoriyalarda interaktivliyin təmin edilməsi, tələbələrdə tənqidi və analitik düşüncənin inkişafı və müəllimin fasilitator roluna keçidi ilə bağlı praktik yanaşmalar təqdim olunacaq.
Təlim qrafiki:
Professor-müəllim heyəti üçün:
16 oktyabr 2026, saat 12:00
BDU, 1 saylı tədris binası, 710-cu auditoriya
İnzibati heyət üçün:
20 oktyabr 2026, saat 12:00
BDU, 1 saylı tədris binası, 600-cü auditoriya
İştirak üçün qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSedf1zWFGSNjl00RWA73nOgW849g_b9vAGHK8WVvM1OI2ZeLA/viewform

