Avropa İttifaqı (Aİ) viza üçün müraciət edən Rusiya vətəndaşlarının yoxlanılmasını, o cümlədən müraciət edənlərin hərbi keçmişinin yoxlanışını sərtləşdirmək, eləcə də Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahılarını "misli görünməmiş" şəkildə genişləndirmək niyyətindədir.
“Tehsil365”in Avropa bürosunun məlumatına görə, bu barədə Brüsseldə keçirilən hazırlıq brifinqində Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) yüksəkvəzifəli əməkdaşı bildirib.
"Nə qədər rusiyalının Avropaya daxil ola biləcəyini daha dərindən yoxlamağa böyük maraq var", - o, oktyabrın 12-də Lüksemburqda keçiriləcək Aİ Xarici İşlər Şurasının iclası ərəfəsində deyib.
EEAS nümayəndəsi bildirib ki, Lüksemburqdakı iclasda nazirlər ilk növbədə hərbi-sənaye kompleksi ilə əlaqəli olan, lakin aralarında Ukraynanın işğal olunmuş ərazilərində Rusiya Federasiyası Dövlət Dumasına seçkilərin keçirilməsi ilə bağlı 77 siyasətçinin də yer aldığı 1,6 mindən çox fiziki və hüquqi şəxsi əhatə edən yeni sanksiya siyahısını təsdiqləməlidirlər.
O əlavə edib ki, Rusiya iqtisadiyyatı təcridin mənfi nəticələrini yaşayır və müharibəni davam etdirməyin Rusiya üçün xərcləri artır. Eyni zamanda, Brüssel Moskvaya təzyiqi gücləndirməyin yeni yollarını axtarmaq niyyətindədir.

