Təhsil 365 - Logo Mobile

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

8109.10.2026 - 13:26
Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayatın Türkiyənin Ankara şəhərində “Bilincin ve belleğin ötesinde türk şamanlığı” adlı yeni kitabı nəşr olunub.

Bu barədə “Tehsil365”ə institutdan məlumat verilib.

“Bilincin ve belleğin ötesinde türk şamanlığı” əsərini müəllifin türk şamanlığı mövzusunda qələmə aldığı altı kitabın nəzəri yekunu və elmi əsası kimi səciyyələndirmək mümkündür. Əsərdə şamanlıq tarixi keçmişin qalığı olmaqdan daha çox, bilik, yaddaş, ritual, bədən və təcrübə ilə əlaqəli fenomenoloji düşüncə və epistemik sistem kimi nəzərdən keçirilir. Tədqiqat şamanlığın nə olduğu sualından daha çox, onun nədən yaşadığı və düşüncə sisteminin təməlində hansı səbəblərdən mövcud olduğu suallarına cavab verir. Əsərin bölmələri türk şamanlığının anlayış və nəzəri çərçivəsindən başlayaraq onun tarixi görünüşləri, ritual və kosmoloji xüsusiyyətləri, müxtəlif dini sistemlərlə münasibətləri, şamanik bilik və trans təcrübəsi, antropoloji-psixoloji yanaşmalar, qadın şamanlığı və şamanın sosial-mədəni funksiyalarına doğru ardıcıl şəkildə inkişaf edir. Şamanlığın mövcudluğu tarixi proses kimi deyil, transformasiya olunan və zamanla uyğunlaşan fenomenoloji intizam kimi araşdırılır. Kitabın ilk bölməsində şamanlıq anlayışının nəzəri məsələləri, onun din kimi deyil, epistemik kult kimi izahı, elmi ədəbiyyatda anlayışın müxtəlif formalarda qurulması və türk şamanlığının Qərb və sovet mərkəzli modellərlə izahının məhdudiyyətləri nəzərdən keçirilir. Növbəti bölmələrdə türk şamanlığının tarixi görünüş formaları və fərqləndirici xüsusiyyətləri, şaman, ritual və təcrübə münasibətləri, türk şaman kosmologiyası və simvolizmi araşdırılır. İslam, xristianlıq və lamaizm (burxanizm) ilə şamanlıq arasındakı münasibətlər, universal dinlərin təsiri, şamanik irsin transformasiyası və alt qatda müqavimət mexanizmi də tədqiqatın əsas istiqamətlərindəndir.

Əsərin mühüm hissələrindən biri şaman fenomenologiyası ilə yanaşı, şamanik biliyin epistemoloji aspektlərinə həsr olunub. Bu baxımdan müəllif şamanı təcrübəni biliyə, trans vəziyyətini isə həqiqət qavrayışına çevirən epistemik fiqur kimi təhlil edir. Kitabda şamanik transın neyrofenomenoloji prosesləri və koqnitiv xüsusiyyətləri, trans texnikaları, onların bədən və duyğu ilə əlaqəsi, eləcə də şamanın ritual, sosial və kosmoloji funksiyaları araşdırılır. Tədqiqatda şamanik transın antropoloji və psixoloji izahlarına da geniş yer verilir. Mirça Eliadenin şamanik ekstaz texnikaları, Maykl Harnerin “Nüvə şamanizmi” yanaşması, transpersonal psixologiya, Rocer Uolş və Çarlz Tartın nəzəri baxışları, Andersonun vestyer icmaları, kollektiv yaddaş, eləcə də Yunqçu yanaşma kitabın nəzəri çərçivəsində nəzərdən keçirilir. Şamanik kosmologiya, simvolik dil və obrazlar, transın mədəniyyətlərarası müqayisəsi də ayrıca təhlil mövzularındandır.

Füzuli Bayat bu əsərdə türk şamanlığını keçmişin dini-mifoloji hadisəsi olmaqdan çıxararaq, bilik, yaddaş, bədən, ritual və mədəni davamlılıq kontekstində dəyərləndirir. Bu baxımdan kitabın əsas dəyəri nəzəri baxımdan türk şamanlığının müasir folklorşünaslıq, antropologiya və psixologiya perspektivlərindən yenidən düşünülməsini gündəmə gətirməkdən ibarətdir.

Nilay Hüseynli

Xəbər Lenti

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib09.10.2026 - 14:41
LDU-da aqrar problemlərlə bağlı konfrans keçirilib09.10.2026 - 14:37
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibələr başlayır09.10.2026 - 14:34
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır09.10.2026 - 14:31
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb09.10.2026 - 14:27
ADNSU-da müasir elmi-tədqiqat alətləri mövzusunda təlim 09.10.2026 - 14:20
"Dayanıqlı inkişaf siyasəti" dərsliyi təqdim olunub09.10.2026 - 14:11
Azərbaycanlı məktəbli beynəlxalq akademik esse müsabiqəsində I yeri tutub09.10.2026 - 14:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür09.10.2026 - 13:51
UNEC-in 3 alimi dünyanın TOP 2 faiz alimləri siyahısında09.10.2026 - 13:49
Naxçıvanda bağçalarda 53 boş yer var09.10.2026 - 13:48
DİM-də kadr dəyişikliyi olub09.10.2026 - 13:46
Məktəblərdə neçə kollec təhsilli müəllim işləyir?09.10.2026 - 13:44
Sabahın havası - Yağış09.10.2026 - 13:42
BMU-da “NASA Space Apps Challenge 2026” ilə bağlı infosessiya09.10.2026 - 13:33
BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub09.10.2026 - 13:29
Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir09.10.2026 - 12:56
Fransada tələbə etirazlarının 20-dən çox iştirakçısı həbs olunub09.10.2026 - 12:53
AKTA: Süni intellektin təhlükəsizliyi üzrə "ağ sənəd" hazırlanacaq09.10.2026 - 12:51
Azərbaycan və Vyetnam Elmlər akademiyaları əməkdaşlıq müqaviləsi imzalayacaq09.10.2026 - 12:48
Prokurorluq orqanlarında işləmək istəyən 325 namizəddən 137-si növbəti mərhələyə keçib09.10.2026 - 12:44
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək09.10.2026 - 12:41
SDU-da memorandum imzalandı08.10.2026 - 19:58
SDU-da dəyirmi masa08.10.2026 - 19:45
Naxçıvanda Sİ Forumu08.10.2026 - 19:40
BDU-da maarifləndirici tədbir08.10.2026 - 19:35
BDU-da elmi seminar08.10.2026 - 19:30
BDU-da vətənpərvərlik görüşü08.10.2026 - 19:15
BDU-da liderlik təlimi keçirildi08.10.2026 - 19:05
BDU-da interaktiv təlim08.10.2026 - 19:00
Kitablar səsli kitaba çevriləcək08.10.2026 - 18:50
Bakıda “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” Seminarı keçirildi08.10.2026 - 18:00
Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalında çıxış edib08.10.2026 - 17:48
Gəncədə Nizami Gəncəvinin 885 illiyinə həsr olunan forumda mədəni irsin qorunması müzakirə edilib08.10.2026 - 17:43
Naxçıvanda yeni investisiya layihələri müzakirə olunub08.10.2026 - 17:35
Azərbaycanın Kitab Mədəniyyəti Beynəlxalq Sərgidə təqdim olundu08.10.2026 - 17:24
Kimya İnstitutunda azot əsaslı polimerlər və metal nanohissəciklərin qarşılıqlı təsiri araşdırılıb08.10.2026 - 15:31
Azərbaycan Milli İncəsənət Muzeyində fotoqraf Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı ilk fərdi fotosərgisi açılıb.08.10.2026 - 15:17
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq08.10.2026 - 14:55
Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb08.10.2026 - 14:46
“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr08.10.2026 - 14:43
Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”08.10.2026 - 14:41
“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub08.10.2026 - 14:38
LDU-nun Elmi şurasında yeni islahatlar müzakirə olunub08.10.2026 - 14:32
Yeni nəsil dərsliklərlə bağlı canlı vebinarlar keçiriləcək08.10.2026 - 14:28
DİM bu şəxslərə müraciət elədi08.10.2026 - 14:24
Erkən yaşda smartfon istifadəsi qidalanma pozuntusu riskini artırır08.10.2026 - 14:20