Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə müsahibə mərhələsinin keçirilmə tarixi və məkanı barədə məlumatlar namizədlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.
“Tehsil365” xəbər verir ki, Bu barədə “AzEdu.az”a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsahibə mərhələsi 12–22 oktyabr tarixlərində Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunacaq.Bu mərhələdə 2026-cı il mayın 2–3-də və 10–11-də keçirilmiş test imtahanlarında uğur qazanmış 2436 təhsilverənin iştirakı nəzərdə tutulur.
Müsahibə zamanı namizədlərin bilikləri və peşəkar fəaliyyətləri müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək. Qiymətləndirmənin nəticələrinə əsasən, 20 və daha çox bal toplayan namizədlər müsahibə mərhələsində uğur qazanmış hesab ediləcəklər.
Qeyd edək ki, namizədlər şəxsi kabinetlərində qeyd olunan tarix və saatda müsahibə mərhələsində iştirakin etməlidirlər.

