Təhsil 365 - Logo Mobile

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirilib

4209.10.2026 - 17:19
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirilib

Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında “ Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi baş tutub.

“Tehsil365” xəbər verir ki,sərgidə Azərbaycan ədəbiyyatının zəngin nümunələri, regionda yaşayıb-yaradan müəlliflərin əsərləri, habelə tanınmış Azərbaycan yazıçı və şairlərinin kitabları nümayiş etdirilib. Ekspozisiyada klassik ədəbiyyat, şifahi xalq ədəbiyyatı, publisistika, hərbi-vətənpərvərlik mövzusu, uşaq ədəbiyyatı və müasir ədəbi nümunələr yer alıb.

Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan ədəbiyyatını və mütaliə mədəniyyətini təbliğ etmək, yerli yazarların yaradıcılığını geniş ictimaiyyətə tanıtmaq, məktəblilərin və gənclərin kitaba marağını artırmaq olub.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov mütaliənin cəmiyyətin mənəvi həyatındakı mühüm rolundan bəhs edib, bu kimi təşəbbüslərin ədəbi irsin təbliği və onun daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Akademik Rafael Hüseynov Xaqani Şirvani adına Aran Regional filialının Kürdəmir rayonunun mədəni inkişafına, ədəbi mühitinin zənginləşməsinə və yerli ziyalıların yaradıcılıq potensialının üzə çıxarılmasına verdiyi töhfələrdən danışıb. Muzeyin direktoru filialın təşəbbüsü ilə Kürdəmir ziyalılarının ədəbi yaradıcılığını əhatə edən, onların əsərlərini bir araya gətirən toplunun hazırlanması təşəbbüsünü irəli sürüb. Qeyd edib ki, belə bir nəşr rayonun ədəbi irsinin qorunması, yerli müəlliflərin yaradıcılığının tanıdılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malik ola bilər.

Daha sonra sərgidə nümayiş olunan kitablarla tanış olan Rafael Hüseynov yerli müəlliflərlə görüşüb.

Tədbirdə regionda yaşayıb-yaradan, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Tofiq Abdullayev, Coşqun Xəliloğlu, Abduləziz Xanəhmədoğlu, Aida Adıgözəl, Yadigar Təvəkgül, Anar Gülümsoy və digər müəlliflər iştirak ediblər. Yazarlar öz kitablarını oxuculara təqdim edib, əsərlərinin mövzusu və yaradıcılıq axtarışları barədə söhbət aparıb, ədəbi nümunələr səsləndiriblər.

Sərgi çərçivəsində regionda fəaliyyət göstərən şair və yazıçıların kitablarının satışı da təşkil olunub.

Ayətil Quliyeva

Xəbər Lenti

Səyyar Gənclər Xidməti Kürdəmirdə gənclərlə görüşü kecirilib09.10.2026 - 19:50
Məktəblərdə Direktorlarla Keyfiyyət Planı görüşü baş tutub09.10.2026 - 19:45
Məktəblərdə geyimlə bağlı yoxlanış başlayır09.10.2026 - 19:40
Professordan ADU-da təlim09.10.2026 - 19:35
BDU-da ADU əməkdaşları üçün təlim keçirilib09.10.2026 - 19:30
ADU-da Qafqaza həsr edilmiş seminar keçirilib09.10.2026 - 19:28
ADU Mərkəzində ADA görüşü keçirilib09.10.2026 - 19:25
Kamal Abdullanın kitabı Polşada dərc olunub09.10.2026 - 19:20
ADU-da Hanqıl Günü tədbiri baş tutub09.10.2026 - 19:15
ADU-da türk universiteti görüşü keçirilib09.10.2026 - 19:10
NDU-da mədəni diplomatiya forumu keçirilib09.10.2026 - 19:00
BDU-da Tələbələr üçün adaptasiya təlimi keçirlib09.10.2026 - 18:58
BDU-da süni intellekt təlimi baş tutub09.10.2026 - 18:52
BDU-da süni intellekt təlimi keçirilib09.10.2026 - 18:50
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər09.10.2026 - 18:47
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib09.10.2026 - 18:35
Fonda yeni roman daxil olub09.10.2026 - 18:30
Kitabxanaya yeni nəşr09.10.2026 - 18:25
Naxçıvanda Süni İntellekt Forumu keçirilib09.10.2026 - 18:15
Mesanat Şəmsi Əsədullayevin inşa etdiyi bina haqqında kitab təqdim olundu09.10.2026 - 18:00
“İrs-Miras” jurnalı özbək dilində yayımlandı09.10.2026 - 17:59
Ankarada “Bilincin ve belleğin ötesinde türk şamanlığı” adlı kitab nəşr olunub09.10.2026 - 17:55
Hikmət Quliyev: Azərbaycan aşıq sənəti sosial-antropoloji yanaşma ilə araşdırılmalıdır09.10.2026 - 17:46
İsa Həbibbəyli gürcü professorları qarşıladı09.10.2026 - 17:40
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək09.10.2026 - 16:08
Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb09.10.2026 - 14:52
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub09.10.2026 - 14:49
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək09.10.2026 - 14:47
Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib09.10.2026 - 14:44
Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib09.10.2026 - 14:41
LDU-da aqrar problemlərlə bağlı konfrans keçirilib09.10.2026 - 14:37
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibələr başlayır09.10.2026 - 14:34
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır09.10.2026 - 14:31
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb09.10.2026 - 14:27
ADNSU-da müasir elmi-tədqiqat alətləri mövzusunda təlim 09.10.2026 - 14:20
"Dayanıqlı inkişaf siyasəti" dərsliyi təqdim olunub09.10.2026 - 14:11
Azərbaycanlı məktəbli beynəlxalq akademik esse müsabiqəsində I yeri tutub09.10.2026 - 14:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür09.10.2026 - 13:51
UNEC-in 3 alimi dünyanın TOP 2 faiz alimləri siyahısında09.10.2026 - 13:49
Naxçıvanda bağçalarda 53 boş yer var09.10.2026 - 13:48
DİM-də kadr dəyişikliyi olub09.10.2026 - 13:46
Məktəblərdə neçə kollec təhsilli müəllim işləyir?09.10.2026 - 13:44
Sabahın havası - Yağış09.10.2026 - 13:42
BMU-da “NASA Space Apps Challenge 2026” ilə bağlı infosessiya09.10.2026 - 13:33
BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub09.10.2026 - 13:29
Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub09.10.2026 - 13:26
Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir09.10.2026 - 12:56