Təhsil 365 - Logo Mobile

Ankarada “Bilincin ve belleğin ötesinde türk şamanlığı” adlı kitab nəşr olunub

6809.10.2026 - 17:55
Ankarada “Bilincin ve belleğin ötesinde türk şamanlığı” adlı kitab nəşr olunub

AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayatın Türkiyənin Ankara şəhərində “Bilincin ve belleğin ötesinde türk şamanlığı” adlı yeni kitabı nəşr olunub.

“Tehsil365” xəbər verir ki, bu barə Folklor institutundan “AZƏRTAC” a məkumat verililib. Bildirilib ki, Bilincin ve belleğin ötesinde türk şamanlığı” əsərini müəllifin türk şamanlığı mövzusunda qələmə aldığı altı kitabın nəzəri yekunu və elmi əsası kimi səciyyələndirmək mümkündür. Əsərdə şamanlıq tarixi keçmişin qalığı olmaqdan daha çox, bilik, yaddaş, ritual, bədən və təcrübə ilə əlaqəli fenomenoloji düşüncə və epistemik sistem kimi nəzərdən keçirilir. Tədqiqat şamanlığın nə olduğu sualından daha çox, onun nədən yaşadığı və düşüncə sisteminin təməlində hansı səbəblərdən mövcud olduğu suallarına cavab verir. Əsərin bölmələri türk şamanlığının anlayış və nəzəri çərçivəsindən başlayaraq onun tarixi görünüşləri, ritual və kosmoloji xüsusiyyətləri, müxtəlif dini sistemlərlə münasibətləri, şamanik bilik və trans təcrübəsi, antropoloji-psixoloji yanaşmalar, qadın şamanlığı və şamanın sosial-mədəni funksiyalarına doğru ardıcıl şəkildə inkişaf edir. Şamanlığın mövcudluğu tarixi proses kimi deyil, transformasiya olunan və zamanla uyğunlaşan fenomenoloji intizam kimi araşdırılır. Kitabın ilk bölməsində şamanlıq anlayışının nəzəri məsələləri, onun din kimi deyil, epistemik kult kimi izahı, elmi ədəbiyyatda anlayışın müxtəlif formalarda qurulması və türk şamanlığının Qərb və sovet mərkəzli modellərlə izahının məhdudiyyətləri nəzərdən keçirilir. Növbəti bölmələrdə türk şamanlığının tarixi görünüş formaları və fərqləndirici xüsusiyyətləri, şaman, ritual və təcrübə münasibətləri, türk şaman kosmologiyası və simvolizmi araşdırılır. İslam, xristianlıq və lamaizm (burxanizm) ilə şamanlıq arasındakı münasibətlər, universal dinlərin təsiri, şamanik irsin transformasiyası və alt qatda müqavimət mexanizmi də tədqiqatın əsas istiqamətlərindəndir.

Əsərin mühüm hissələrindən biri şaman fenomenologiyası ilə yanaşı, şamanik biliyin epistemoloji aspektlərinə həsr olunub. Bu baxımdan müəllif şamanı təcrübəni biliyə, trans vəziyyətini isə həqiqət qavrayışına çevirən epistemik fiqur kimi təhlil edir. Kitabda şamanik transın neyrofenomenoloji prosesləri və koqnitiv xüsusiyyətləri, trans texnikaları, onların bədən və duyğu ilə əlaqəsi, eləcə də şamanın ritual, sosial və kosmoloji funksiyaları araşdırılır. Tədqiqatda şamanik transın antropoloji və psixoloji izahlarına da geniş yer verilir. Mirça Eliadenin şamanik ekstaz texnikaları, Maykl Harnerin “Nüvə şamanizmi” yanaşması, transpersonal psixologiya, Rocer Uolş və Çarlz Tartın nəzəri baxışları, Andersonun vestyer icmaları, kollektiv yaddaş, eləcə də Yunqçu yanaşma kitabın nəzəri çərçivəsində nəzərdən keçirilir. Şamanik kosmologiya, simvolik dil və obrazlar, transın mədəniyyətlərarası müqayisəsi də ayrıca təhlil mövzularındandır.

Füzuli Bayat bu əsərdə türk şamanlığını keçmişin dini-mifoloji hadisəsi olmaqdan çıxararaq, bilik, yaddaş, bədən, ritual və mədəni davamlılıq kontekstində dəyərləndirir. Bu baxımdan kitabın əsas dəyəri nəzəri baxımdan türk şamanlığının müasir folklorşünaslıq, antropologiya və psixologiya perspektivlərindən yenidən düşünülməsini gündəmə gətirməkdən ibarətdir.

Ayətil Quliyeva

Xəbər Lenti

Səyyar Gənclər Xidməti Kürdəmirdə gənclərlə görüşü kecirilib09.10.2026 - 19:50
Məktəblərdə Direktorlarla Keyfiyyət Planı görüşü baş tutub09.10.2026 - 19:45
Məktəblərdə geyimlə bağlı yoxlanış başlayır09.10.2026 - 19:40
Professordan ADU-da təlim09.10.2026 - 19:35
BDU-da ADU əməkdaşları üçün təlim keçirilib09.10.2026 - 19:30
ADU-da Qafqaza həsr edilmiş seminar keçirilib09.10.2026 - 19:28
ADU Mərkəzində ADA görüşü keçirilib09.10.2026 - 19:25
Kamal Abdullanın kitabı Polşada dərc olunub09.10.2026 - 19:20
ADU-da Hanqıl Günü tədbiri baş tutub09.10.2026 - 19:15
ADU-da türk universiteti görüşü keçirilib09.10.2026 - 19:10
NDU-da mədəni diplomatiya forumu keçirilib09.10.2026 - 19:00
BDU-da Tələbələr üçün adaptasiya təlimi keçirlib09.10.2026 - 18:58
BDU-da süni intellekt təlimi baş tutub09.10.2026 - 18:52
BDU-da süni intellekt təlimi keçirilib09.10.2026 - 18:50
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər09.10.2026 - 18:47
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib09.10.2026 - 18:35
Fonda yeni roman daxil olub09.10.2026 - 18:30
Kitabxanaya yeni nəşr09.10.2026 - 18:25
Naxçıvanda Süni İntellekt Forumu keçirilib09.10.2026 - 18:15
Mesanat Şəmsi Əsədullayevin inşa etdiyi bina haqqında kitab təqdim olundu09.10.2026 - 18:00
“İrs-Miras” jurnalı özbək dilində yayımlandı09.10.2026 - 17:59
Hikmət Quliyev: Azərbaycan aşıq sənəti sosial-antropoloji yanaşma ilə araşdırılmalıdır09.10.2026 - 17:46
İsa Həbibbəyli gürcü professorları qarşıladı09.10.2026 - 17:40
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirilib09.10.2026 - 17:19
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək09.10.2026 - 16:08
Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb09.10.2026 - 14:52
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub09.10.2026 - 14:49
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək09.10.2026 - 14:47
Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib09.10.2026 - 14:44
Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib09.10.2026 - 14:41
LDU-da aqrar problemlərlə bağlı konfrans keçirilib09.10.2026 - 14:37
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibələr başlayır09.10.2026 - 14:34
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır09.10.2026 - 14:31
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb09.10.2026 - 14:27
ADNSU-da müasir elmi-tədqiqat alətləri mövzusunda təlim 09.10.2026 - 14:20
"Dayanıqlı inkişaf siyasəti" dərsliyi təqdim olunub09.10.2026 - 14:11
Azərbaycanlı məktəbli beynəlxalq akademik esse müsabiqəsində I yeri tutub09.10.2026 - 14:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür09.10.2026 - 13:51
UNEC-in 3 alimi dünyanın TOP 2 faiz alimləri siyahısında09.10.2026 - 13:49
Naxçıvanda bağçalarda 53 boş yer var09.10.2026 - 13:48
DİM-də kadr dəyişikliyi olub09.10.2026 - 13:46
Məktəblərdə neçə kollec təhsilli müəllim işləyir?09.10.2026 - 13:44
Sabahın havası - Yağış09.10.2026 - 13:42
BMU-da “NASA Space Apps Challenge 2026” ilə bağlı infosessiya09.10.2026 - 13:33
BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub09.10.2026 - 13:29
Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub09.10.2026 - 13:26
Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir09.10.2026 - 12:56