Respublika Gözdən Əlillər Kitabxanasının həyata keçirdiyi “Kitabsevərdən kitabxanaya” təşəbbüsü çərçivəsində Yusif Şamilovun uşaqlıq həyatından və sənətə gedən ilk addımlarından bəhs edən “Balaca aktyor” kitabı kitabxanaya təqdim olunub.
“Tehsil365”xəbər verir ki, kitab Yusifin uşaqlıq dünyasını, məktəb həyatını, böyüyən arzularını və istedadının formalaşma mərhələlərini əks etdirir. Nəşrdə böyük hekayələrin bəzən sadə bir başlanğıcdan — bir uşağın arzusundan və ona inanan bir insanın dəstəyindən doğduğu vurğulanır.
Qeyd edək ki, təşəbbüsün əsas məqsədi vətəndaşlar tərəfindən bağışlanan nəşrlərin səsyazma studiyasında səsləndirilməsi və görmə məhdudiyyətli şəxslər üçün səsli kitab resurslarının zənginləşdirilməsidir. Layihə kitabxananın daha əvvəl həyata keçirdiyi “Könüllü ol, bir kitabı səsə çevir” proqramının davamıdır.
Bağışlanan kitablar kitabxana tərəfindən nəzərdən keçirilir və tələblərə uyğun hesab edilən nəşrlər səsli kitaba çevrilmək üçün seçilir.
Kitabxana kitabsevərləri təşəbbüsə qoşulmağa dəvət edir. Qoşulmaq istəyənlər qeydiyyat formasını doldura bilərlər: https://forms.gle/xeMaKm6PgiRqm3H38
Ünvan: Akademik Həsən Əliyev küçəsi 298–300
Əlaqə: 012 564 82 08, 077 333 78 98

