Təhsil 365 - Logo Mobile

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

4909.10.2026 - 18:35
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

SOCAR dünyanın aparıcı reytinq və analitik şirkətlərindən biri olan “S&P Global”ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsində (Corporate Sustainability Assessment – CSA) 100 baldan 50 bal toplayaraq ESG reytinqi əldə edib.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq qiymətləndirmədə təxminən 12 min 500 şirkətin iştirak edib.

Oktyabrın 9-u tarixinə olan nəticələrə əsasən, SOCAR “Oil & Gas Upstream & Integrated” sənaye qrupu üzrə qiymətləndirilən şirkətlərin 83 faizindən daha yüksək nəticə göstərib. Bu nəticə şirkətin dayanıqlı inkişaf gündəliyinin ardıcıl həyata keçirilməsi və ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin korporativ idarəetmə və əməliyyat fəaliyyətinə inteqrasiyası istiqamətində əldə etdiyi irəliləyişi əks etdirir.

SOCAR qiymətləndirmə çərçivəsində “S&P Global” tərəfindən tələb olunan 1 000-dən çox göstərici üzrə məlumatların 95 faizindən çoxunu təqdim edib. Bu göstərici şirkətin dayanıqlılıq məlumatlarının açıqlanmasına və şəffaf hesabatlılıq təcrübələrinin inkişafına verdiyi önəmi nümayiş etdirir.

Əvvəlki qiymətləndirmə ilə müqayisədə ESG məsələlərinin əhəmiyyətliliyinin müəyyən edilməsi, insan hüquqlarının qorunması üzrə öhdəliklər və müvafiq proseslər, iqlim dəyişikliyi ilə mübarizə, iqlim strategiyasının inkişafı, istixana qazı emissiyaları üzrə hesabatlılığın genişləndirilməsi, eləcə də resursların idarə edilməsi və təkrar istifadəsi sahələrində nəzərəçarpan irəliləyiş qeydə alınıb. Bu nailiyyətlər SOCAR-ın dayanıqlılıq üzrə idarəetmə yanaşmalarını təkmilləşdirmək, ekoloji və sosial məsuliyyətini gücləndirmək və uzunmüddətli strateji prioritetlərini beynəlxalq meyarlarla uzlaşdırmaq istiqamətində səylərini əks etdirir.

“S&P Global” şirkətlərin dayanıqlılıq fəaliyyətini sənayeyə xas meyarlar əsasında müəyyənləşdirir. Nəticələr 0–100 bal şkalası üzrə müəyyən edilir və şirkətlərin göstəriciləri müvafiq sənaye qrupu üzrə müqayisə olunur. CSA şirkətlərə dayanıqlılıq fəaliyyətlərinin güclü tərəflərini və inkişaf imkanlarını müəyyənləşdirmək, eləcə də idarəetmə təcrübələrini beynəlxalq sənaye meyarları ilə müqayisə etmək imkanı yaradır.

Əzizə Qayıtmazova

Xəbər Lenti

Səyyar Gənclər Xidməti Kürdəmirdə gənclərlə görüşü kecirilib09.10.2026 - 19:50
Məktəblərdə Direktorlarla Keyfiyyət Planı görüşü baş tutub09.10.2026 - 19:45
Məktəblərdə geyimlə bağlı yoxlanış başlayır09.10.2026 - 19:40
Professordan ADU-da təlim09.10.2026 - 19:35
BDU-da ADU əməkdaşları üçün təlim keçirilib09.10.2026 - 19:30
ADU-da Qafqaza həsr edilmiş seminar keçirilib09.10.2026 - 19:28
ADU Mərkəzində ADA görüşü keçirilib09.10.2026 - 19:25
Kamal Abdullanın kitabı Polşada dərc olunub09.10.2026 - 19:20
ADU-da Hanqıl Günü tədbiri baş tutub09.10.2026 - 19:15
ADU-da türk universiteti görüşü keçirilib09.10.2026 - 19:10
NDU-da mədəni diplomatiya forumu keçirilib09.10.2026 - 19:00
BDU-da Tələbələr üçün adaptasiya təlimi keçirlib09.10.2026 - 18:58
BDU-da süni intellekt təlimi baş tutub09.10.2026 - 18:52
BDU-da süni intellekt təlimi keçirilib09.10.2026 - 18:50
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər09.10.2026 - 18:47
Fonda yeni roman daxil olub09.10.2026 - 18:30
Kitabxanaya yeni nəşr09.10.2026 - 18:25
Naxçıvanda Süni İntellekt Forumu keçirilib09.10.2026 - 18:15
Mesanat Şəmsi Əsədullayevin inşa etdiyi bina haqqında kitab təqdim olundu09.10.2026 - 18:00
“İrs-Miras” jurnalı özbək dilində yayımlandı09.10.2026 - 17:59
Ankarada “Bilincin ve belleğin ötesinde türk şamanlığı” adlı kitab nəşr olunub09.10.2026 - 17:55
Hikmət Quliyev: Azərbaycan aşıq sənəti sosial-antropoloji yanaşma ilə araşdırılmalıdır09.10.2026 - 17:46
İsa Həbibbəyli gürcü professorları qarşıladı09.10.2026 - 17:40
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirilib09.10.2026 - 17:19
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək09.10.2026 - 16:08
Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb09.10.2026 - 14:52
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub09.10.2026 - 14:49
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək09.10.2026 - 14:47
Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib09.10.2026 - 14:44
Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib09.10.2026 - 14:41
LDU-da aqrar problemlərlə bağlı konfrans keçirilib09.10.2026 - 14:37
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibələr başlayır09.10.2026 - 14:34
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır09.10.2026 - 14:31
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb09.10.2026 - 14:27
ADNSU-da müasir elmi-tədqiqat alətləri mövzusunda təlim 09.10.2026 - 14:20
"Dayanıqlı inkişaf siyasəti" dərsliyi təqdim olunub09.10.2026 - 14:11
Azərbaycanlı məktəbli beynəlxalq akademik esse müsabiqəsində I yeri tutub09.10.2026 - 14:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür09.10.2026 - 13:51
UNEC-in 3 alimi dünyanın TOP 2 faiz alimləri siyahısında09.10.2026 - 13:49
Naxçıvanda bağçalarda 53 boş yer var09.10.2026 - 13:48
DİM-də kadr dəyişikliyi olub09.10.2026 - 13:46
Məktəblərdə neçə kollec təhsilli müəllim işləyir?09.10.2026 - 13:44
Sabahın havası - Yağış09.10.2026 - 13:42
BMU-da “NASA Space Apps Challenge 2026” ilə bağlı infosessiya09.10.2026 - 13:33
BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub09.10.2026 - 13:29
Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub09.10.2026 - 13:26
Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir09.10.2026 - 12:56